Mobil versiya
Göygöldə ağır qəza ilə bağlı DİN-dən AÇIQLAMA
Tarix: 01-02-2020 | Saat: 13:20
Bölmə:Cəmiyyət | çapa göndər

Göygöldə ağır qəza ilə bağlı DİN-dən



Göygöl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) aia.az-a verilən məlumata əsasən, yanvarın 31-də saat 22 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində kənd sakini A.Orucov idarə etdiyi “Ford Transit” markalı avtomobili yolun kənarında dayanmış Şəmkir rayon sakini N.Murtuzayevə məxsus “ZİL” markalı avtomobilə vurub.

Nəticədə A.Orucovun sərnişinlərindən Aidə Orucova hadisə yerində ölüb, digər sərnişin xəstəxanaya yerləşdirilib.

Göygöl RPŞ tərəfindən araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024