Mobil versiya
Ən layiqli namizədlərə səs verək
Tarix: 31-01-2020 | Saat: 14:42
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ən layiqli namizədlərə səs verək




“Azərbaycan İnformasiya Agentliyi” (aia.az) saytının Sosioloji Sorğu Mərkəzinin əməkdaşları tərəfindən 86 saylı İsmayıllı Seçki dairəsi üzrə keçirilmiş sorğunun nəticələrinə dair hesabat

Məlum olduğu kimi, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyasına yanvar ayının 17-də start verilmişdir. Bununla bağlı aia.az saytının Sosioloji Sorğu Mərkəzi də fəaliyyətini aktivləşdirmişdir. Bu dəfə Mərkəzin əməkdaşları 86 saylı İsmayıllı Seçki dairəsində səs verəcək vətəndaşlar arasında ictimai rəy sorğusu keçirmək məqsədilə İsmayıllı şəhərində olmuşlar. Keçən sorğularda olduğu kimi, bu aksiyada da məqsəd, olduğumuz seçki dairəsində hansı namizədin daha çox seçici rəğbətinə malik olduğuna aydınlıq gətirmək idi. Qeyd edək ki, maksimum dolğun və obyektiv informasiya əldə etmək üçün sorğu İsmayıllının müxtəlif ərazilərində, əhalinin müxtəlif sosial təbəqələrini təmsil edən insanlar arasında aparılmışdır. Təxminən 6 saat davam edən prosesə 126 nəfər vətəndaş cəlb olunmuşdur. Sorğuda iştirak edənlərdən 9 nəfəri hələlik seçimdə tərəddüd etdiklərini bildirmişlər. Qalan 117 respondentdən 81 nəfəri isə sualımızı “mən Novruz müəllimə səs verəcəyəm” – deyə cavablandırmışlar. Beləliklə, sorğuda iştirak edənlərin 64,3 faizi Milli Məclisə deputatlığa namizəd Novruzəli Davud oğlu Aslanova etimad göstərəcəklərini bildirmişlər.

Qısa arayış:

Novruzəli Davud oğlu Aslanov (Novruz Aslan) 1963-cü il mart ayının 22-də Bakı şəhərində atası yazıçı-dramaturq Davud Aslanın ailəsində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və elektron hesablama texnikası” fakultəsinə daxil olmuş, 1985-ci ildə oranı bitirmişdir.

1985-1990-cı illərdə Elektron Hesablama Maşınları zavodunda mühəndis, şöbə müdiri, direktor müavini vəsifələrində çalışıb. 1990-1999-cu illərdə “Azərağackağız” Səmdar Cəmiyyətində idarə rəisinin müavini, idarə rəisi, prezidenti vəzifələrində işləyib. 1999-cu ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.

2005, 2010 və 2015-ci illər (III, IV və V çağırış ) Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Bitərəfdir.
Beynəlxalq Eko-Energetika Akademiyasının fəlsəfə doktorudur. 10 ədəbi, elmi-kütləvi kitabın müəllifidir. 2007-ci ildə Parlament Jurnalistləri İctimai Birliyi tərəfindən təsis olunmuş “Seçici hüquqlarını müdafiə edən ən fəal millət vəkili ” adına layiq görülüb.
Amerika Bioqrafiya İnstitutu tərəfindən tibb sahəsində göstərdiyi xidmətlərə görə 2008-ci ilin adamı elan və 2010-cu ildə nümunəvi nailiyyətlər əldə etdiyinə görə “İlin Adamı” medalı ilə təltif olunub.

Novruz Aslanov “Yusif Məmmdəliyev” adına medala layiq görülmüş və respublikanın sosial-ictimai həyatındakı xidmətlərinə görə 2005-ci ilin fevralın 28-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla “Tərəqqi” medalı, 4 mart 2010-cu il tarixdə 3-cü dərəcəli “Vətənə xidmətə görə”, 4 mart 2015-ci ildə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Ailəlidir, 4 övladı var.

Hər dəfə olduğu kimi, bu materialmızda da sorğuda iştirak edən vətəndaşların etimad göstərəcəkləri namizəd barədə söylədikləri maraqlı fikirlərdən bəzilərini sizlərə təqdim edirik.

İsmayıllı sakini, sahibkar: “Elə bilirəm ki, bizim İsmayıllı camaatının seçim baxımından heç bir tərəddüdü olmayacaq. Artıq 14 ildir ki, bizi Milli Məclisdə Novruz Aslanov yüksək səviyyədə təmsil edir. Əlbəttə, deyə bilərsiniz ki, indi yeniləşmə dövrüdür. Bir çox sahələrdə də kadrların gəncləşməsi həyata keçirilir. Amma razılaşın ki, müdrikliyi də heç bir yenilik əvəz edə bilməz. Həm də 55-56 yaş siyasətçi üçün elə əsil gənclik dövrüdür. Novruz müəllim kimi öz seçicilərinin qayğısına qalan, onların təəssübünü çəkən ikinci bir millət vəkili tanımıram. Yəqin siz də bilirsiniz ki, Novruz müəllim “Seçici hüquqlarını müdafiə edən ən fəal millət vəkili ” adına da layiq görülüb. Mən deyərdim ki, indiyədək bu adı almış deputatlardan heç biri Novruz Aslanov qədər bu ada layiq olmayıb. Şəxsən mən özüm səsimi Novruz müəllimə verəcəyəm və əminəm ki, bu çağırış Milli Məclisdə də bizi Novruz Aslanov hər zaman olduğu kimi ən yüksək səviyyədə təmsil edəcək...”

Ağbulaq kənd sakini, ictimai iaşə sahəsində çalışan: “Hər bir deputatın əsas vəzifələrindən də onun təmsil etdiyi seçicilərinin sosial-məişət qayğılarından tutmuş bütün digər problemlərilə maraqlanmaq, onların rifah yüksəlişləri üçün çalışmaqdır. Novruz müəllim bu istiqamətdə öz vəzifələrinin öhdəsindən indiyədək ləyaqətlə gəlib. Heç kim bunu dana biməz ki, bizim deputatımız hər zaman yanımızda olub. Xeyir-şərimizdə iştirak edib, imkansızlara yardım göstərib, ehtiyacı olana əl uzadıb. Deputat olduğu 14 il ərzində mütəmadi olaraq, hər ay 3-4 dəfə rayona səfər edib, insanlarla görüşüb. Hər görüşü də son dərəcə məhsuldar keçib. Yəni, Novruz müəllim indiyədək heç bir işini “qeydə alınsın” deyə görməyib. Bir sözlə, Novruz müəllim sözün əsil mənasında elə bizim vəkilimizdir. Kasıbın, fağırın dostudur. Şəxsən mən özüm də, ailəm də səsimizi Novruz Aslanova verəcəyik. Mən peşə fəaliyyətimlə bağlı insanlarla çox təmasda oluram. Bu qənaətdəyəm ki, bizim kənddən də, elə rayonumuzdan da səs çoxluğunu elə Novruz müəllim qazanacaq...”

İsmayıllı sakini, müəllimə: “Əlbəttə ki, mən Novruz Aslanova səs verəcəyəm. Çünki deputat olduğu bütün müddət ərzində Novruz müəllim bir ziyalı alim kimi hər zaman bizim bölgədə elm və təhsilin inkişafı üçün çalışıb. Bu sahədə yürüdülən dövlət siyasətinin uğurla həyata keçirilməsi istiqamətində İsmayıllıda görülən işlərdə Novruz müəllimin hər zaman xüsusi rolu, danılmaz xidmətləri olub. Həm də Novruz Aslanov hər zaman öz seçicilərinin sözünü deməyi bacarıb, onların problemlərinin həlli üçün bütün mümkün vasitələrdən yararlanmağı bacarıb. Rayonumuzda da onun daimi nümayəndəsi olub, özü də hər ay İsmayıllıya səfərlər edib. Hər səfərində də hansısa bir problem, hansısa bor müşkül iş öz həllini tapıb. İllərin təsrübəsi göstərir ki, biz Novruz müəllimin potensialından hələ çox yararlana bilərik...”

Beləliklə, bu, bizim 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı keçirdiyimiz on üçüncü sorğunun nəticələri barədə hazırladığımız material idi. Növbəti saylarımızda digər seçki dairələrində aparacağımız sorğular barədə ətraflı məlumatları da sizlərə təqdim edəcəyik.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024