Mobil versiya
Bakıda taksi sürücüsünü döyüb avtomobilini əlindən alan quldur dəstə yaxalandı
Tarix: 29-01-2020 | Saat: 10:11
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda taksi sürücüsünü döyüb avtomobilini əlindən alan quldur dəstə yaxalandı


Paytaxtda quldurluq yolu ilə avtomobil ələ keçirməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb.

Trend-in məlumatına görə, yanvarın 27-də saat 04:00 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsində 2 nəfər naməlum şəxs Bakı şəhər sakini, 1969-cü il təvəllüdlü X.Səfərovun baş nahiyyəsindən vurmaqla, taksi kimi idarə etdiyi “Şevrolet” markalı avtomobilini ələ keçirilməsi ilə bağlı 102- Zəng Mərkəzinə müraciət daxil olub.

Daxil olan müraciət əsasında Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Yasamal RPİ Cinayət Axtarış Şöbəsi, Post Patrul Xidməti və 29 Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinənlər – Siyəzən rayon sakinləri, əvvəllər CM-nin 177-ci maddəsi ilə məhkum olunan 2000-ci il təvəllüdlü Tehran Güləliyev, 2002-ci il təvəllüdlü Elşad Paşayev və 1996-cı il təvəllüdlü İlham Sultanov yanvarın 28-də gecə saatlarında avtomobillə birlikdə saxlanılıblar.

Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024