Mobil versiya
Namizədlərin seçiciləri hansısa yolla ələ alması yolverilməzdir – Məzahir Pənahov
Tarix: 27-01-2020, 17:57 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Namizədlərin seçiciləri hansısa yolla ələ alması yolverilməzdir –


30 saylı Suraxanı seçki dairəsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) şikayətlər daxil olub və araşdırılır.

Trend-in məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bəzi namizədləri ədalətli olmağa, seçiciləri hansısa yolla ələ almamağa çağırıb: “Biz bütün namizədlər üçün bərabər şərait yaratmışıq. Lakin bu vəziyyətdən düzgün istifadə etmək lazımdır. Namizədlərin hansısa yolla ələ alınması qanunvericiliyə ziddir və biz buna heç cür imkan verə bilmərik”.

MSK sədri, həmçinin bildirib ki, yerlərdə bir namizəd digər bir namizədi görəndə qrup halında ona irad tutub, sonra da bunu sosial şəbəkələrdə yayaraq mübarizə aparır: “Bu cür mübarizə yolverilməzdir. Biz istəmirik ki, belə şeyləri deyək, amma məcburuq”.

Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov isə qeyd edib, deputatlığa namizədlər öz qələbələrini başqalarının məğlubiyyəti üzərində qurmamalıdır.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

aia.az



596 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

27-03-2020
«    Март 2020    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
{sape_links}{sape_article}