Mobil versiya
Bakıda qadın 53 min manatlıq oğurluq etdi
Tarix: 22-01-2020 | Saat: 10:14
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakıda qadın 53 min manatlıq oğurluq etdi


Bakıda mənzildən 53 min manatlıq oğurluq olub.



Pravda.az-ın xəbərinə görə, hadisə paytaxtın Xətai rayonu R. Quliyev küçəsi ev 8-də qeydə alınıb.



Bakı şəhər sakini Rəna Məmmədovaya məxsus mənzilə daxil olan naməlum şəxs evdən 500 dollar, 60000 rubl, 200 manat və 50000 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.



Qadına ümumilikdə 53 min manat ziyan dəyib.



Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.3-cü ( oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.



Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 1983-cü il təvəllüdlü Solmaz Alıyeva şübhəli şəxs qismində saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024