Rusiya limanında yanan İran gəmisi söndürüldü -  YENİLƏNİB
Tarix: 15-01-2020 | Saat: 12:35
Bölmə:Parlament | çapa göndər
 
Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala limanında İrana məxsus “Kasra 1” gəmisindəki yanğın söndürülüb.
Neftegaz.ru xəbər verir ki, bununla bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Cənub İstintaq İdarəsi məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı xəsarət alan olmayıb. Hazırda yanğının səbəbləri araşdırılır.
11:26
RF FHN mütəxəssisləri liman əməkdaşları ilə birlikdə Mahaçqala Dəniz limanında xarici tankerdə baş verən yanğını söndürürlər.
Bu barədə “İnterfaks-Yuq” məlumatlı mənbədəyə istinadla xəbər verib.
“İlkin məlumata görə, Mahaçqala Ticarət Dəniz Limanında bir İran tankeri yanır. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri hadisə yerində işləyirlər. Məlumatlar dəqiqləşdirilir”, - deyə agentliyə bildirilib.
İlkin məlumatlara görə, zərərçəkən yoxdur.
10:38
Mahaçqala limanında İran tankeri yanır.
Bu barədə “İnterfaks” Dağıstanın Fövqəladə Hallar İdarəsindəki mənbələrə istinadla məlumat verib.
İlkin məlumatlara görə, qurbanlar və zərərçəkənlər yoxdur. Hadisə yerində RF FHN mütəxəssisləri işləyir.
TASS öz növbəsində bəyan edib ki, yanğın tankerdə yox, yük gəmisində baş verib. Agentliyin məlumatına görə, yanğın kapitanın kayutunda başlayıb və yayılma təhlükəsi yoxdur.
aia.az
 
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 31-10-2025
	
17:17 Fədayə Laçına cin girdi   