Mobil versiya
Azərbaycanda dəhşətli qətl: Bıçaqladı, maşınla üstündən keçdi, avtomobilə qoyub çaya atdı
Tarix: 10-01-2020 | Saat: 10:35
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Azərbaycanda dəhşətli qətl:


İmişli rayonunda qətl hadisəsi törədilib.

Report-un xəbərinə görə, yanvarın 7-də polis şöbəsinə Kür çayının İmişli rayonu Ağamalılar kəndi ərazisindən keçən hissəsində “QAZ-3110” markalı avtomobilin çaya düşməsi ilə bağlı məlumat daxil olub.

Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri avtomobilin İmişli şəhər sakini, 1981-ci il təvəllüdlü Əzizov Zaur Mikayıl oğluna məxsus olduğu və onun qətlə yetirildiyi məlum olub.

İlkin ehtimala görə, Zaur Əzizovla tanışı İmişli şəhər sakini 1994-cü il təvəllüdlü Quliyev Elmin Elsəvən oğlu arasında pul üstündə mübahisə yaranıb. Zaur əlindəki bıçaqla Elminə bıçaq xəsarətləri yetirib. Daha sonra Elmin bıçağı Zaurdan alaraq ona qarın və baş nahiyəsindən zərbə endirib.

Zaurun ölmədiyini görən Elmin birinciyə məxsus avtomobillə onun üzərindən keçərək öldürüb. Daha sonra meyiti yaxınlıqdakı kolluğun içərisinə atıb. Həmçinin, Elmin Zaura məxsus avtomobili hadisə yerindən bir kilometr aralı məsafədə Kür çayına ataraq hadisə yerindən kənarlaşıb. Cəsəd hadisə yerindən götürülərək məhkəmə tibbi ekspertizaya təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, hadisədə şübhəli bilinən Elmin Quliyev saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024