Mobil versiya
Ağsuya qonaq gələn Sumqayıt sakini iki gənci bıçaqladı
Tarix: 10-01-2020 | Saat: 10:29
Bölmə:Cəmiyyət | çapa göndər

Ağsuya qonaq gələn Sumqayıt sakini iki gənci bıçaqladı


Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Ağsu şəhəri ərazisində qeydə alınıb.

Sumqayıt şəhər sakini olan bir şəxs rayon ərazisinə gələrək Ağsuda yaşayan rayon sakinləri Şirəliyev Tural Qurban oğlu və Abasov Pərviz İdris oğlunu bıçaqlayıb və hadisə yerindən qaçıb.

Yaralılar təcili olaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunublar.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024