Mobil versiya
Amansızlıqla qətlə yetirilən Nərminin atası danışdı: “Saxlanlan şəxslər qızımın yanan meyitini...”
Tarix: 08-01-2020 | Saat: 11:09
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Amansızlıqla qətlə yetirilən Nərminin atası danışdı:


Qızımın meyitini görən şəxslər polisə aparılıb və onlardan izahat alınıb.

Bu sözləri Baku.ws-ə yandırılmış vəziyyətdə meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın atası Şərif Quliyev bildirib.

“Saxlanılan şəxslər qızımın yanan meyitini söndürən adamlardır. Onlar olmasa idi, uşağın meyiti tamamilə yanardı.

Birinin artıq izahatı alınıb, sərbəst buraxılıb. Digəri də böyük ehtimalla sərbəst buraxılacaq.
Onların heç bir günahı yoxdur. Onlar sadəcə meyiti ilk görənlərdəndir. Yəqin ki, polis də bu səbəbdən onlardan izahat alıb”, - deyə Şərif Quliyev bildirib.

Məlumat üçün onu da bildirək ki, Nərmin Quliyeva bu gün saat 12:00-da Dondar Quşçu kənd qəbiristanlığında dəfn olunacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024