Mobil versiya
Azərbaycan Prezidenti qazaxıstanlı həmkarına başsağlığı verib
Tarix: 27-12-2019 | Saat: 11:46
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan Prezidenti qazaxıstanlı həmkarına başsağlığı verib


Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib.

Trend-in məlumatına görə, məktubda dövlətimizin başçısı Almatı şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində insan tələfatı xəbərinin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev bu faciə ilə əlaqədar qazaxıstanlı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adından və Azərbaycan xalqı adından başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024