Mobil versiya
7 noyabrla bağlı XƏBƏRDARLIQ - Təhlükəli gün YAXINLAŞIR
Tarix: 05-11-2026 | Saat: 09:39
Bölmə:Ölkə | çapa göndər

7 noyabrla bağlı

Noyabrın ilk günlərindən bəri Yerdə ciddi geomaqnit həyəcanı müşahidə olunmurdu, lakin bu sakitlik dövrü başa çatmaq üzrədir.

aia.az xəbər verir ki, bu barədə Böyük Britaniya Geologiya Xidməti məlumat yayıb.

Alimlərin proqnozuna görə, noyabrın 5-i və 6-da güclü maqnit tufanı gözlənilmir, lakin zəif koronal axının təsiri ilə müəyyən aktivlik mümkündür.

Mütəxəssislər noyabrın 7-də Yeri "G1" səviyyəli geomaqnit qasırğasının vuracağını bildirirlər.

Qasırğaya Günəşdən ayrılan daha iri plazma kütləsinin planetimizə çatması səbəb olacaq.

Alimlər Günəş sisteminin sabitliyini əvvəllər hesab edildiyindən daha tez itirə biləcəyini də açıqlayıblar. Ssenarilərin 90%-də 3 milyard il ərzində Günəş sisteminin xarici hissəsi dayanıqsız hala gələcək.

Təxminən 5 milyard ildən sonra Günəş hidrogen ehtiyatını bitirərək qırmızı giqanta çevriləcək.

Kütləsini itirən Günəş planetlərə qravitasiya təsirini dəyişəcək ki, bu da bəzi səma cisimlərinin toqquşmasına və ya sistemdən kənara atılmasına gətirib çıxaracaq.

Tədqiqatçılar vurğulayırlar ki, bu, qəti proqnoz deyil, sadəcə elmi modelləşdirmənin nəticələridir. Lakin Yer üçün təhlükə daha əvvəl başlayacaq. Böyüyən Günəş planeti udacaq, yaranan dəhşətli istilər isə canlı həyat üçün bütün şəraiti məhv edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2026