Mobil versiya
"Qarabağ könüllülərinin aktiv mübarizəsi Ermənistanda ciddi qıcıq yaradıb" - İcma rəhbəri
Tarix: 27-12-2019 | Saat: 11:44
Bölmə:Siyasət | çapa göndər

"Qarabağ könüllülərinin aktiv mübarizəsi Ermənistanda ciddi qıcıq yaradıb" -


"Qarabağ könüllülərinin apardığı aktiv mübarizə Ermənistan tərəfində də ciddi qıcıq hissi yaradıb".



Modern.az xəbər verir ki, bunu Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev icmanın bir illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında bildirib.



O, qeyd edib ki, il ərzində beynəlxalq qurumlarla mütəmadi görüşlərin keçirilməsində əsas məqsəd icmanın müxtəlif məsələlərlə bağlı mövqeyini bu qurumların təmsilçilərinin diqqətinə çatdırmaq olub:



“Bu baxımdan, ATƏT sədri Miroslav Layçakın rəhbərlik etdiyi nümayəndə heyəti, ATƏT-in Minsk Qrupunun həmsədrləri, Minsk Qrupunun üzvü olan digər ölkələrin, ölkəmizdə fəaliyyət göstərən səfirləri ilə keçirilən görüşlər, digər ölkələrin diplomatik korpusları, həmçinin Avropa İttifaqı, Avropa Şurası, BMT, Qızıl Xaç Komitəsinin Bakı ofislərində keçirilən görüşlər xüsusi əhəmiyyətə malikdir. Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in 2019-cu il İnsan ölçüsü üzrə İmplementasiya görüşü də, qaçqınlar və məcburi köçkünlərin hüquqlarına dair keçirilən konfransda iştirak, həmçinin icmanın nümayəndə heyətlərinin ABŞ-ın Los-Anceles,Türkiyənin Ankara, Avropanın siyasi mərkəzi sayılan Brüsselə səfərlərin uğurlu hesab etmək olar".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024