Mobil versiya
Bakıda vətəndaşlara bıçaqla hücum edən yarıçılpaq şəxslərin adları bilindi
Tarix: 13-12-2019 | Saat: 12:43
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakıda vətəndaşlara bıçaqla hücum edən yarıçılpaq şəxslərin adları bilindi


Bakıda vətəndaşların üzərinə bıçaqla hücum edənlərin şəxsiyyətləri və hadisənin təfərrüatı məlum olub.

Report-un xəbərinə görə, polis tərəfindən saxlanılan şəxslər - Yevlax rayon sakini Yasin Abdullayev və Mahmud Məmmədovdur.

Məlum olub ki, hər iki şəxs ötən gecə paytaxtın Nizami küçəsində yerləşən marketlərdən birindən spirtli içki oğurlayan zaman mağazanın işçiləri tərəfindən saxlanılıb. Onlar bu zaman üzərlərində olan bıçaqla qarşı tərəfə və küçədə olan vətəndaşlara hədə-qorxu gəlməyə başlayıblar.

Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək onları saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024