Türkiyə XİN ABŞ Senatının qətnaməsini kəskin pislədi
Tarix: 13-12-2019 | Saat: 10:52
Bölmə:Siyasət | çapa göndər
Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ Senatı tərəfindən qondarma “erməni soyqırımı”nı tanıyan qətnamənin qəbul edilməsini kəskin şəkildə pisləyib.
Azvision.az xəbər verir ki, Türkiyə XİN bununla bağlı açıqlama yayıb. Bildirilib ki, ABŞ Senatının qondarma “erməni soyqırımı"nı təsdiqləyən qətnamə layihəsini qəbul etməsi tarixin siyasiləşməsinin utancverici nümunəsidir.
Eyni zamanda, Senatın qərarı Türkiyə-Amerika əlaqələrini inkişaf etdirmək səylərinə zərbə vuran təxribat xarakterli cəhddir.
"Tarixi siyasi məqsədlərə çatmaq üçün istifadə edənlər, gerçəkləri görməzlikdən gəldikdə, heç vaxt istədiklərinə nail ola bilməzlər. Bu qətnamənin heç bir hüquqi əsası yoxdur və belə əsassız qərarlar Türkiyənin bölgədəki vacib maraqları uğrunda mübarizə əzminə təsir etməyəcək”.
Qeyd edək ki, ötən gün ABŞ Senatında qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə layihəsi qəbul edilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər