Mobil versiya
DMX-da işləmək istəyənlərin NƏZƏRİNƏ!
Tarix: 25-09-2026 | Saat: 10:44
Bölmə:Ölkə | çapa göndər

DMX-da işləmək istəyənlərin

Dövlət Miqrasiya Xidməti (DMX) miqrasiya orqanlarında qulluğa qəbul olmaq istəyən Azərbaycan vətəndaşları üçün müsabiqə elan edib.

aia.az xəbər verir ki, bu barədə DMX məlumat yayıb.

Bildirilib ki, müsabiqə iki mərhələdən – test imtahanı və söhbətdən ibarət olacaq.

Ali təhsili olan və test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı sentyabrın 28-dən oktyabrın 28-dək aparılacaq.

Müsabiqə üzrə Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsində 2, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsində 1, Lənkəran regional miqrasiya idarəsində 3, Şəki regional miqrasiya idarəsində 3, Xaçmaz regional miqrasiya idarəsində 1, Ağsu regional miqrasiya idarəsində 2, Şirvan regional miqrasiya idarəsində 1, Yevlax şəhər Müvəqqəti yerləşdirmə mərkəzində isə 1 inspektor vəzifəsi vakantdır.

Namizədlər qeyd olunan vakant vəzifələrdən yalnız biri üzrə müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.

Müsabiqənin test imtahanı mərhələsi dekabrın 4-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək.

Namizədlərə qanunvericilik üzrə 50, Azərbaycan dili üzrə 15, dünyagörüşü üzrə 15, məntiqi təfəkkürün müəyyən edilməsi üzrə isə 20 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim ediləcək. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.

Test imtahanında 70 və daha çox bal toplayan namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2026