Xaçmazda gənclər və idman sahəsində dövlət siyasəti uğurla həyata keçirilir
Tarix: 09-12-2019 | Saat: 15:36
Bölmə:Manşet / İdman | çapa göndər
Rayon Gənclər və İdman İdarəsinin fəaliyyəti bölgənin ictimai həyatında mühüm rol oynayır
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ötən illər ərzində ölkəmizdə bütün digər istiqamətlərdə olduğu kimi, idman sahəsində də böyük inkişafa nail olunub, ciddi uğurlar əldə edilib. Bu gün artıq ölkəmiz müxtəlif idman növləri üzrə ən mötəbər yarışlara ev sahibliyi edir, idmançılarımız beynəlxalq yarışlarda mühüm uğurlar qazanaraq dövlət bayrağımızı ucaldır, himnimizi səsləndirirlər. Məhz bu uğurların sayəsində bu gün Azərbaycan artıq dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır və əsas idman mərkəzlərindən biri kimi çıxış edir.
Qeyd etmək lazımdır ki, başda Ölkə Prezidenti cənab İlham Əliyev olmaqla Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu gün ölkəmizdə idmanın kütləviləşmədiyi bircə region belə qalmamışdır. Təbii ki, bu sahədə dövlət siyasətini həyata keçərən qurum kimi, Gənlər və İdman Nazirliyinin və onun regionlarda fəaliyyət göstərən alt qurumlarının ölkəmizdə idmanın inkişafında və kütləviləşməsində böyük rolu vardır. Yerləşdiyi bölgədə dövlətin gənclər və idman siyasətinin effektiv şəkildə həyata keçirilməsi, idmanın inkişafı və gənc nəslin sağlam, milli-vətənpərvər ruhda formalaşması istiqamətində uğurla fəaliyyət göstərən belə qurumlardan biri də Xaçmaz Rayon Gənclər və İdman İdarəsidir.
Xaçmaz rayon Gənclər və İdman İdarəsi dövlətin gənclər və idman siyasətini rayonda həyata keçirən orqandır. İdarə rayon ərazisində gənclərlə işləyən təşkilatları, o cümlədən bədən tərbiyəsi və idman kollektivlərini koordinasiya edir.
Xaçmaz rayon Gənclər və İdman İdarəsi dövlət gənclər və idman siyasətinin həyata keçirilməsi sahəsində Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının fərman və sərəncamlarını, əmrlərini, qərar və göstərişlərini, idarənin tədbirlər planını rəhbər tutaraq müəyyən işlər görür və silsilə tədbirlər həyata keçirir.
Xaçmaz rayon Gənclər və İdman İdarəsi 22 noyabr 1994-cü ildə təsis edilmiş, idarənin rəisi, 2-ci dərəcəli dövlət qulluqçusu Məmmədov Elman Telman oğlu 2018-ci ilin may ayından bu sahəyə rəhbərlik edir.
Xaçmaz rayon Gənclər və İdman İdarəsinin fəaliyyətində diqqəti cəlb edən fərqli cəhətlərdən biri də kreativlik və orijinallıqdır. Etiraf edək ki, məhz bu cəhətlər müasir gəncləri cəlb etmək, onların diqqətinə sahib olmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Məsələ bundadır ki, Elman Məmmədovun rəhbərlik etdiyi idarənin əməkdaşları Xaçmaz gənclərinin ictimai həyatlarında daha yaxından iştirak etmək və ən əsası da bu həyatı daha dolğun, daha maraqlı və rəngarəng edə bilmək üçün daim axtarışdadırlar. Məhz bu səbəbdən də Xaçmaz rayon Gənclər və İdman İdarəsinin keçirdiyi heç bir tədbir sıradan təsiri bağışlamır.
9 noyabr Bayraq günü tədbirləri “Əziz Xaçmaz Gəncləri!
Xaçmaz rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 9 Noyabr "Dövlət Bayrağı Günü"nə həsr edilmiş vətənpərvərlik mahnıları üzrə ən yaxşı karaoke ifaçısı müsabiqəsi keçiriləcəkdir. Müsabiqə 9 noyabr 2019-cu il tarixdə saat 12.00-da Xaçmaz şəhər 5 nömrəli tam orta məktəbin zalında keçiriləcəkdir. Qaliblərə idarənin təsis etdiyi diplomlar və hədiyyələr təqdim ediləcəkdir. Buyurun Gəlin!” Bu elan da Xaçmaz rayon Gənclər və İdman İdarəsinin rəsmi “facebook” səhifəsində noyabr ayının 5-də yerləşdirilmişdi. Cəmi 4 gün sonra isə əvvəlcədən elanı verilmiş bu tədbir böyük ruh yüksəkliyi ilə keçirildi. Hətta “youtube” kanalında yerləşdirilmiş 2-3 dəqiqəlik çəkilişi izləmək belə kifayət edir ki, “Vətən uğrunda” şüarı ilə keçirilən bu müsabiqənin həqiqətən də necə yüksək coşqu ilə baş tutduğu anlaşılsın.
Həmçinin Xaçmaz rayon Gənclər və İdman İdarəsi 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə daha bir uğurlu tədbir həyata keçirib. Belə ki, Bayraq Günü ilk dünyaya göz açan körpələrə Azərbaycan bayrağı və idarənin hədiyyələri təqdim olunub. 9 noyabr 2019-cu ildə gecə saatlarında dünyaya gələn körpələrə həmçinin rayon Qeydiyyat şöbəsinin əməkdaşları tərəfindən doğum haqqında şəhadətnamələr də təqdim edilib. Rayon gənclərinin fəalları yeni doğulmuş körpələrin valideynlərini təbrik edib və Azərbaycan bayrağı və hədiyyələr təqdim ediblər.
“9 noyabr- Dövlət Bayrağı günü”nə həsr edilmiş daha bir tədbir isə noyabr ayının 1-də baş tutub. Həmin gün Xaçmaz rayon Gənclər və İdman İdarəsi və Xaçmaz Olimpiya İdman Kompleksinin (OİK) birgə təşkilatçılığı ilə "İradənlə qalib gəl" şüarı altında müxtəlif idman növləri üzrə "Açıq Qapı Günü" tədbirlərində 500-dən çox yeniyetmə və gənc iştirak etmişdir. Gəncləri idmana cəlb etmək, hər kəs üçün OİK-ləri əlçatan etmək, buradakı idman meydançaları, avadanlıqlar və imkanlardan gənclərin geniş şəkildə yararlanmasını təmin etmək məqsədi ilə açıq qapı günləri bundan sonra da təşkil olunacaq.
İdman tədbirləri yüksək səviyyədə keçirilir
Qeyd etmək lazımdır ki, bu gün Xaçmazda müxtəlif idman tədbirləri də olduqca yüksək səviyyədə təşkil olunur. O cümlədən, 28-29 oktyabr 2019-cu ildə Xaçmaz Olimpiya İdman Kompleksində voleybol idman növü üzrə “Məktəblər arasında Respublika çempionatının rayon mərhələsi”nin oyunları keçirilmişdir. Turnirdə 12 ümumtəhsil məktəbinin komandası iştirak etmişdir . Yekun nəticəyə əsasən I yeri Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin, II yeri Nərəcan kənd tam orta məktəbin, III yeri Xaçmaz şəhər 8 nömrəli tam orta məktəbin və IV yeri Xudat şəhər 2 nömrəli tam orta məktəbin gənc voleybolçuları tutmuşlar. Zona yarışlarında isə Xaçmaz rayonunu 9 nömrəli məktəbin komandası təmsil edəcək.
24-25 oktyabr 2019-cu ildə Xaçmaz Olimpiya İdman Kompleksində atletika idman növü üzrə “Məktəblər arasında Respublika çempionatının rayon mərhələsi”nin oyunları keçirilmişdir. Turnirdə komandaların tərkibi 5 nəfərdən ibarət olmaqla bütün ümumtəhsil məktəblərinin komandaları iştirak etmişdir .
21-22 oktyabr 2019-cu ildə isə, yenə də Xaçmaz Olimpiya İdman Kompleksində stolüstü tennis üzrə “Məktəblər arasında Respublika çempionatının rayon mərhələsi”nin oyunları keçirilmişdir. Turnirdə ümumən 4 komanda iştirak etmişdir. Komandaların tərkibi 3 oğlan və 2 qız olmaqla 5 nəfərdən ibarət olmuşdur.
Göründüyü kimi, bu gün Xaçmazda uşaq və gənclərimizin sağlam, vətənpərvər ruhda formalaşmaları, dünyagörüşlərinin genişləndirilməsi yönümündə Elman Məmmədovun rəhbərlik etdiyi Xaçmaz Rayon Gənclər və İdman İdarəsi tərəfindən kifayət qədər əhatəli tədbirlər görülür. Əminliklə demək olar ki, gənc xaçmazlılar bundan sonra da doğma Azərbaycanımızın inkişafına öz dəyərli tövhələrini verməkdə davam edəcəklər.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu