Mobil versiya
II kurs tələbəsi faciəvi şəkildə öldü
Tarix: 26-11-2019 | Saat: 16:05
Bölmə:Cəmiyyət | çapa göndər

II kurs tələbəsi faciəvi şəkildə öldü


AzMİU-nun İnşaat fakültəsinin II kurs tələbəsi Anar İlham oğlu Musayev noyabrın 24-ü 23:30 radələrində baş vermiş qəza nəticəsində dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə Feysbukda Azərbaycan Universitetləri səhifəsi məlumat paylaşıb.

Məlumata görə, qəza Səbail rayonunda baş verib. Belə ki, A.Musayev “Mersedes” markalı, 10 NL 093 dövlət nömrə nişanlı minik maşını ilə Azneft dairəsindən keçmiş Bayraq meydanı istiqamətində hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxıb və yolun ortasındakı işıq dirəyinə dəyib.

Avtomobil daha sonra əks hərəkət zolağına çıxıb və qarşı yolla Namiq Soltanovun idarə etdiyi VAZ 2109 markalı minik maşınına çırpılıb.

Qəza nəticəsində “Mersedes”in sürücüsü A.Musayev dünyasını dəyişib.

Allah rəhmət eləsin!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024