LG-nin OLED televizoru ev əyləncəsi sektorunda etalondur
Tarix: 22-11-2019 | Saat: 15:00
Bölmə:İqtisadiyyat | çapa göndər
Bütün dünyada istehlakçıların keyfiyyətli televizor görüntüsü əldə etməsi üçün illər boyu inqilabi yeniliklər edən LG Electronics (LG) özünün ilk təkmilləşdirilmiş OLED televizorlar xəttinə görə mükafatlar qazanmağa davam edir.
Şirkətin 2019-cu il məhsul portfelinin tərkib hissəsi olan E9, C9 və B9 modelləri α9 Gen 2 Ağıllı Prosessorları ilə LG OLED televizorlarından sadəcə bir neçəsidir. Təkmilləşdirilmiş prosessorlar LG televizorlarına dərin təhlil qabiliyyətli süni intellekt alqoritmlərini tətbiq etməyə imkan verir. Bunun nəticəsində prosessor sürəti və qrafik görüntü optimallaşdırılaraq yüksək keyfiyyətli görüntü və geniş diapazonlu 3D səs effekti əldə edilir.
LG-nin yeni televizorları həm də unikal səs tanıma özəlliyinə malikdir. Səs tanınması zamanı Təbii Dil Emalı (Natural Language Processing) funksiyasından istifadə edən televizor söhbətin məzmununu anlayır və söhbəti ona uyğun davam etdirir. İstifadəçilər öz izləmə vərdişlərinə uyğun məsləhətlər ala və öz televizorlarını çox böyük asanlıqla idarə edə bilərlər.
Bu ağıllı özəlliklər və daha çoxu ilə LG OLED televizorları premium televizor kateqoriyasında öz rəqiblərinə etalon rolunda çıxış edib. Xüsusilə LG-nin C9 OLED televizoru "2019 iF”, "Qırmızı Nöqtə” və digər aparıcı dizayn mükafatlarını qazanıb.
LG-nin OLED televizorları audiovizual həvəskarları üçün ən yaxşı seçim olmaqda davam edir:
Qara Rəng Detalları və Rəng Dəqiqliyi
LG-nin OLED texnologiyası özü-özünü işıqlandıran və bununla da işıqlanmasını individual olaraq idarə edən 8 milyon pikselə malikdir. İzləyənlər üçün bu, qara rəng çalarları da daxil olmaqla bütün rənglərdə aydın görüntü və reallıq hissində indiyə kimi görünməmiş detalların kəşfi deməkdir.
Bunun fonunda LG OLED televizoru Hollivud rejissorlarının və vizual ekspertlərin dəstəyini qazanıb. Müxtəlif effektlərin müştərilərin evlərinə necə ötürüldüyünü göstərmək üçün şirkətin televizorları həm də istehsal sonrası proseslərdə istifadə edilir. Bunun əsas məqsədi istehsalçılara ekranda görünən bütün elementlərə incə düzəlişlər edərək ən yaxşı görüntünü almaq imkanı yaratmaqdır.
LG OLED ekranları izləmə təcrübəsini optimallaşdırmaq üçün daha geniş rəng diapazonu ilə birgə daha zəngin və daha detallı məzmun təqdim edir. E9, C9 və B9 modelləri 4K Kino HDR məzmununu ötürmək üçün optimallaşdırılıb. Bunun sayəsində kino keyfiyyətində görüntü təmin edilir və Technicolor-un Təkmilləşdirilmiş HDR-ı və HDR 10 Pro da daxil olmaqla əsas formatlar dəstəklənir.
Oyunlar
Yeni modellər geniş görüntü bucağı ilə otaqdakı hər bir şəxsə daha geniş immersiyanı sınaqdan keçirmək imkanı yaradır. LG OLED televizorları həmçinin 5.1 virtual geniş diapazonlu səs və Dolby Atmos sisteminə malikdir. Bunun sayəsində səs istifadəçinin ətrafında dövrə vurur və daha yüksək reallıq hissi yaradır.
1 millisaniyə reaksiya vaxtı ilə oyun həvəskarları qüsursuz vizual görüntü və real oyun həyəcanı əldə edə bilirlər. Qrafik görüntünü minimal gecikmə ilə ötürmək üçün HDMI 2.1-də DYC (Dəyişkən Yeniləmə Dərəcəsi) və AAGR (Avtomatik Aşağı Gecikmə Rejimi) dəstəklənir.
"Bu il OLED televizor kateqoriyasında aldığımız bir çox mükafatlar bizi sevindirir və biz inanırıq ki, onların hər biri premium televizorlarımızı hazırlamaq üçün sərf etdiyimiz uzunmüddətli araşdırma və inkişaf cəhdlərimizin sübutudur. Biz hazırki OLED xəttimizdən əmin olsaq da, eyni zamanda, daha da yenilənmək üçün özümüzü sınamaqda qərarlıyıq. Mən inanıram ki, LG bunu etməklə OLED televizoru bazarında liderlik etməyə davam edəcək və bütün siniflərdən olan ev sahiblərini növbəti illərdə də öz televizorlarından zövq almaq üçün yeni və daha immersiv imkanlarla təmin edəcək,”- deyə LG Electronics-in Körfəz Regionu Nümayəndəliyinin Prezidenti Honqju Jeon bildirib.
LG Electronics Ev Əyləncəsi Bölməsi Haqqında
LG Ev Əyləncəsi bölməsi televizorlar, audio və video sistemlər, monitorlar, proyektorlar və portativ kompyuterlər üzrə sənaye lideridir. Premium televizor kateqoriyasına inqilabi yeniliklər gətirən OLED televizorları ilə şirkət bu sənayenin tanınmış innovatorudur. Öz kateqoriyasında lider olan OLED televizorları və mükafat laureatı NanoCell televizorları ilə LG müştərilərinin həyatını innovativ ev əyləncəsi məhsulları ilə təkmilləşdirmək üçün çalışır. Daha çox məlumat üçün www.LG.com saytına baş çəkin.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər