Mobil versiya
Azərbaycanda yüksək vəzifəli məmur qəzaya düşdü: Arvadı və sürücüsü öldü
Tarix: 25-11-2019 | Saat: 10:31
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Azərbaycanda yüksək vəzifəli məmur qəzaya düşdü:


Qaradağ rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, maşın Tovuz Rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Zeynalova məxsus olub.

Hadisə zamanı R.Zeynalovun həyat yoldaşı Əminə Zeynalova və onun sürücüsü Rövşən Cabbarov ölüb.

Maşında olan R.Zeynalov və onun oğlu ağır yaralanıb.

Qeyd edək ki, gecə Qaradağ rayonunda “Hyundai” markalı avtomobil yol kənarına aşıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024