Mobil versiya
Həkim-neyrocərrah Afər Allahverdiyev – peşəkarlıq və insansevərlik amalımızdır
Tarix: 22-11-2019 | Saat: 16:11
Bölmə:Manşet / Qərbi Azərbaycan / Seçilənlər-1 | çapa göndər

Həkim-neyrocərrah Afər Allahverdiyev – peşəkarlıq və insansevərlik amalımızdır



Düzünü deyim, mən hər zaman bu fikirdə olmuşam ki, bizim Azərbaycanda tibbin əksər sahələrində kifayət qədər elmli, yüksək ixtisaslı və öz işinin peşəkarı olan həkimlərimiz var. Xüsusilə kardiologiya, qastroenterologiya, urologiya, oftalmologiya kimi sahələrdə, əminəm ki, bizim yerli mütəxəssislər hətta dünya səhiyyəsinin ən görkəmli simaları ilə bir cərgədə dura bilərlər. Əlbəttə ki, tibbin şərti olaraq ənənəvi adlandıra biləcəyimiz bu sahələri ilə yanaşı, nisbətən daha yeni istiqamətlərində də ölkəmizdə kifayət qədər peşəkar və bilikli həkimlər vardır.

Diqqətəlayiq haldır ki, XXI əsr bir çox digər göstəricilərlə yanaşı, həm də səhiyyədə nəzərəçarpacaq gəncləşmə ilə əlamətdar oldu. Yəni artıq ötən əsrin sonlarına qədər görməyə vərdiş etdiyimiz yaşlı həkim steriotipi yaddaşlardan silinmək üzrədir. Bu günün sürətli yaşam tempi, yüksək texnologiyaların tətbiqi öz təsirini səhiyyə sahəsinə də göstərib. Artıq gənc peşəkar həkimlər istənilən müasir klinikada üstünlük təşkil etmək üzrədirlər. Elə bu yazıda haqqında bəhs edəcəyim həkim də bu sahədə 20 ildən artıq təcrübəsi olmasına rəğmən kifayət qədər gənc bir insandır.

Həkim-neyrocərrah Afər Allahverdiyev tibbi təhsilini 1990-1996-cı illərdə Azərbaycan Tibb Universitetində (ATU) alıb. Əmək fəaliyyətinə isə hələ 1989-cu ildə, 3 saylı Bakı şəhər Klinik xəstəxanasında sanitar kimi başlayıb. 1996-1998-ci illərdə ATU-da klinik ordinaturada, 1998-2001-ci illərdə isə aspiranturada təhsilini davam etdirib və tibbi təcrübə toplayıb. 2001-ci ildən hal-hazıra qədər Azərbaycan Tibb Universiteti assistent vəzifəsində çalışır. Qeyd edək ki, Afər Allahverdiyev öz ixtisasını artırmaq məqsədilə bir neçə dəfə xarici ölkələrdə, neyrocərrahiyə sahəsində bir çox uğurları ilə tanınmış klinikalarda keçirilən təlimlərə də qatılmışdır. Belə ki, o, 1999-2000-ci illərdə Moskvanın Burdenko adına Neyrocərrahiyyə İnstitutunda, 2006-cı ildə Ankaranın Hacettepe Universitetində və 2009-cu ildə Berlində yerləşən Vivantes klinikasında keçirilən Neyrocərrahiyyə kurslarında öz peşəkarlıq səviyyəsini daha da yüksəltmişdir. Onu da deyim ki, Afər Allahverdiyev II Azərbaycan Nevroloqlar konfransının toplusuna daxil edilmiş “Osteoparotik fəqərə sınıqlarına müasir yanaşma” mövzusunda elmi işin həmmüəllifi, 8 elmi iş və tezislərin müəllifidir.

Lakin bütün bu deyilənlərlə yanaşı bir məqamı etiraf etmək lazımdır ki, hər bir həkimin bütün fəaliyyət illəri ərzində əldə edə biləcəyi ən dəyərli mükafatı, onun müalicə edib sağlam həyata qaytara bildiyi insanların minnətdarlıqlarıdır. Əslində elə bu yazının ərsəyə gəlməsinin də səbəbkarı məhz Afər həkimin müalicə etmiş olduğu keçmiş pasiyaentlərindən biri olub. Daha dəqiq desəm, həmin şəxs mənim bir yaxın tanışım olaraq, Dr.Afər Allahverdiyevə öz minnətdarlığını məhz bu cür bildirməsində ona köməklik etməyimi xahiş etmişdi. Mən də onun öz həkimi barədə dediklərini olduğu kimi qələmə alacağıma söz verdim: “Həkim-neyrocərrah Afər Allahverdiyevə ən dərin təşəkkürümü və ən səmimi hörmətimi bldirmək istəyirəm. Yüksək peşəkarlığına və sonsuz insansevərliyinə görə. Xəstəni səbrlə dinləyəcək, bütün sualları cavablandıracaq, əməliyyatöncəsi gərginliyi aradan qaldırmaq üçün heç nəyi əsigəməyəcək bir mütəxəssisdir Afər həkim. Xəstəliyim barədə ətraflı danışmaq istəmirəm, amma elə bir məqam yetişmişdi ki, bir çox həkimlər bu xəstəliyə diaqnoz qoymağa belə çətinlik çəkirdilər. Təhlillərin nəticələrini hətta Rusiyanın tanınmış klinikalarından birinə də göndərdilər. Afər Allahverdiyev isə ilk müayinədən sonra xəstəliyin səbəbini dəqiq müəyyən etdi. İstəyirəm Afər həkimin telefon nömrəsini də saytınızda dərc edəsiniz. Qoy başqa ehtiyacı olanlar da ona müraciət edib, öz xəstəliklərindən şəfa tapsınlar. İnanın ki, siz də, mən də savab qazanmış olarıq...”

Tanışımın xahişini nəzərə alıb Afər Allahverdiyevin telefon nömrəsini qeydə aldım: (050)-318-17-00. Sonda bir məqamı da qeyd etmək istəyirəm ki, Afər həkim hazırda “Milana Hospital” klinikasında çalışır və ona müraciət etmək istəyənlər məhz bu qabaqcıl səhiyyə ocağına üz tuta bilərlər.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024