Mobil versiya
Azərbaycana silah-sursat keçirən Gürcüstan vətəndaşı saxlanılıb
Tarix: 13-11-2019, 15:19 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Azərbaycana silah-sursat keçirən Gürcüstan vətəndaşı saxlanılıb



Gömrükçülər hərbi ləvazimat və qanunla qadağan edilən digər predmetlərin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən aia.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, "Mazımçay" gömrük postunda Gürcüstandan idarə etdiyi "Ford Tranzit" markalı minik avtomobili ilə gələn bu ölkənin vətəndaşı saxlanılıb.

Sorğu-sual zamanı vətəndaş üzərində və nəqliyyat vasitəsində qanunla qadağan edilən hər hansı predmetin olmadığını bildirib. Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı nəqliyyat vasitəsində silah-sursat və narkotik vasitənin olduğu müəyyən edilib.

Belə ki, avtomobilin salonunda, sürücü oturacağının başı üzərindəki boşluqda iki ədəd sellofan torba aşkarlanıb. Həmin torbalarda isə 25 ədəd müxtəlif patronlar, 1 ədəd plastik silah dəstəyi, 1 ədəd durbin, eyni zamanda, içərisi narkotik vasitə - marixuana ilə doldurulmuş ov tüfənginin patronu və maqazinində 4 ədəd patron olan səs tapançası aşkar olunub.

Bundan başqa, nəqliyyat vasitəsinin salonunun qapısının üst hissəsində marixuana bitkisinin kiçik budağı, sol qapısındakı rəfdə isə 1 büküm marixuana bitkisi aşkar edilib.

Daha sonra kinoloji xidmət iti avtomobilin sürücüsünə reaksiya verdiyi üçün onun üzərində də şəxsi yoxlama aparılıb. Nəticədə, sürücünün idman gödəkçəsinin cibindən daha 1 büküm marixuana bitkisi aşkara çıxarılıb. Ümumilikdə aşkarlanan narkotik vasitə - marixuananın çəkisinin 10 qr olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

aia.az



594 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

09-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031