Beyləqanda əkinlərin suvarma suyu ilə təminatı yüksək səviyyədədir
Tarix: 13-11-2019 | Saat: 15:06
Bölmə:Manşet / Ölkə / Seçilənlər-1 | çapa göndər
Azim Kərimovun rəhbərlik etdiyi Beyləqan Rayon Suvarma Sistemləri İdarəsinin kollektivi tərəfindən ümumilikdə 51 min hektardan artıq ərazidə əkin sahələrinə yüksək peşəkarlıqla meliorativ xidmətlər göstərilir
Bu gün ölkəmizdə su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyatı dövlət orqanları ilə qarşılıqlı şəkildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatında istifadəyə yararlı olan 4.5 mln. hektar torpaq sahəsindən 3.2 mln. hektarı əkinçilik üçün suvarma tələb edən sahələr olduğundan və ölkəmizdə kifayət qədər su ehtiyatı olmadığından xalqımızın gərgin əməyi nəticəsində respublikamızda böyük meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Ötən illər ərzində iri su anbarları, hidroqovşaqlar, suvarma və kollektor-drenaj sistemləri, nasos stansiyaları və digər obyektlər tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 2.6 dəfədən çox artmışdır. Hazırda ASC-nin bu ərazilərə yüksək peşəkarlıq və səmərəliliklə xidmət göstərən müəssisələrindən biri də Beyləqan Rayon Suvarma Sistemləri İdarəsidir.
Kənd təsərrüfatı məhsulları istehsalında olan artım əsas göstəricidir
İlk növbədə qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında Pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” Beyləqanda pambıqçılığın inkişafına ciddi stimul yaratmış, fermerler və torpaq mülkiyyətçiləri tərəfindən 2018-ci ildə rayon üzrə 2017-ci illə müqaisədə 1010 hektar artıq ərazidə, yəni 9560 hektar sahədə pambıq əkilmişdir. Həmin torpaqların 3207 hektarını dövlət fonduna, 1189 hektarını bələdiyyə fonduna, 5164 hektarını xüsusi mülkiyyətə aid torpaqlar təşkil etmişdir. Əkin sahələrində aqrotexniki tədbirlərin tam və vaxtında həyata keçirilməsi, nəticədə hər hektardan orta hesabla 22,9 sentner olmaqla, ümumilikdə rayon üzrə 21,9 min ton pambıq istehsalına şərait yaratmışdır. Bu göstərici 2017-ci ilə nisbətən hər hektardan istehsal olunan məhsula görə 4,5 sentner və ya ümumi məhsuldan 6,2 min ton çoxdur. 2018-ci ildə pambıq istehsalından yaxşı nəticələr əldə edən mülkiyyətçilər 2019-cu ilin təsərrüfat ilinə daha böyük ruh yüksəkliyi ilə başlamışlar. Belə ki, cari ildə 9550 hektar sahədə pambıq əkilmişdir. Bu torpaq sahələrinin hamısı suvarılan münbit torpaqlardır.
Həmçinin ötən il rayonda 13903 hektar sahədə buğda əkilmiş, hər hektardan 35,0 sentner olmaqla 48356 ton buğda istehsal olunmuşdur. Bu 2017-ci ilin göstəricisindən 3071 ton çoxdur. Bu dövrdə eyni zamanda 1543 hektar sahədə arpa əkilərək hər hektardan 29,0 sentner olmaqla 4437 ton arpa istehsal olunmuşdur ki, bu da 451ton artım deməkdir. Bundan başqa həmin dövrdə 493 hektar sahədə şəkər çuğunduru əkilərək 16063 ton şəkər çuğunduru, 694 hektar sahədə qarğıdalı əkilərək 5263 ton dən üçün qarğıdalı istehsal olunmuşdur. Eləcə də 2018-ci ildə Beyləqanda 382 hektar sahədə kartof əkilərək 3720 ton kartof, 1285 hektar sahədə tərəvəz əkilərək 36843 ton tərəvəz, 416 hektar sahədə bostan məhsulları əkilərək 4922 ton bostan məhsulları və 102 hektar üzüm bağından 2210 ton üzüm istehsal olunmuşdur. Ötən ilin uğurlarından daha da ruhlanan fermerlər bu il üçün əkin sahələrini bir qədər də genişləndirmişlər. Belə ki, 2019-cu ilin məhsulu üçün 13463 hektar sahədə payızlıq dənlilər səpini aparılmışdır. Bunun 11148 hektarı buğda, 1765 hektarı arpa, 550 hektarı isə payızlıq arpa əkinləridir. Torpaq mülkiyyətçiləri tərəfindən sahələrə düzgün və kompleks aqrotexniki yanaşma sayəsində bu il də rayonda bol məhsul tədarük olunmuşdur. Cari ilin ilk 6 ayında rayonun kənd təsərrüfatından gələn gəlirlər ümumilikdə 68739,8 min manat olmuşdur. O, cümlədən bitkiçilik məhsulları istehsalı 32144,3 min manata çatdırılmışdır.
Suvarma Sistemləri İdarəsinin effektiv fəliyyəti bol məhsuldarlığı təmin edir
Təbii ki, yuxarıda qeyd olunmuş yüksək göstəricilərin əldə olunmasında Azim Kərimovun rəhbərlik etdiyi Beyləqan Rayon Suvarma Sistemləri İdarəsinin kollektivinin də böyük əməyi vardır. Belə ki, həmin nəticələrin əldə edilməsi üçün idarənin əməkdaşları tərəfindən il ərzində iri həcmdə işlər icra olunmuş, vacib və zəruri tədbirlər həyata keçirilmişdir. Qeyd edək ki, idarə hazırda Beyləqan rayonunda 50 min 497 hektar, İmişli rayonunun isə 639 hektar əkin sahəsinin Xan qızı kanalı vasitəsilə Araz çayının, Qarabağ kanalı vasitəsilə Kür çayının suyundan istifadə etməklə suvarma suyu ilə təmin edir. Bu məqsədlər üçün Beyləqan Rayon Suvarma Sistemləri İdarəsinin balansında 1297,03 kilometr suvarma kanalı, 1650 ədəd hidrotexniki qurğu, 618 ədəd körpü və keçid var.
Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə ötən il idarə tərəfindən 692,3 kilometr uzunluğunda suvarma kanallarının lildən təmizlənməsi, 200 ədəd hidrotexniki qurğunun təmiri, 1456,1 min kubmetr həcmində torpaq işləri görülüb. Daşqın və selə qarşı mübarizə üçün Araz çayında 202 min kubmetr məcratənzimləmə işləri aparılıb.
Keçən il Beyləqan rayonunda 9560 hektar pambıq əkinləri 3,6 dəfə, 15 min 776 hektar payızlıq əkinlər 3 dəfə, 17 min 060 hektar yonca 5,5 dəfə, 843 hektar bağlar 5 dəfə, 3123 hektar həyətyanı sahələr 5,6 dəfə suvarılıb. Məhz əkinlərin vaxtlı-vaxtında suvarılması nəticəsində rayonda becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı da yüksəlib.
Həmçinin mətbuata təqdim olunan məlumata görə, Beyləqanda yeni subartezian quyularının qazılması və istismara verilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Ötən il Beyləqan şəhəri, Şəfəq və Mayak qəsəbələri, Kəbirli, İkinci Aşıqlı, Dünyamalılar kəndləri ərazisində 9 ədəd yeni subartezian quyusu qazılıb. Yeni quyuların istifadəyə verilməsi ilə bu rayonlarda 200 hektardan çox əkin sahəsi suvarma suyu ilə təmin edilib.
Birmənalı olaraq demək lazımdır ki, bu gün Azim Kərimovun rəhbərlik etdiyi Beyləqan Rayon Suvarma Sistemləri İdarəsinin kollektivi tərəfindən mövcud su ehtiyatlarından daha səmərəli istifadə olunması, əkinlərin vaxtında suvarılması işi yüksək peşəkarlıqla təmin edilir. Redaksiyamıza bu xüsusda daxil olan açıqlamalarda da vurğulanır ki, idarə öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. Rayon sakinlərinin, xüsusilə də əhalinin əkinçiliklə məşğul olan hissəsinin ümumi rəyinə görə idarənin kollektivi rayonda böyük ərazilərdə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərməklə, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər