Mobil versiya
Füzuli şəhərində Qazaxıstanın təşəbbüsü ilə qurulan təhsil ocağı – gələcəyə sərmayə
Tarix: 17-10-2025 | Saat: 13:52
Bölmə:Siyasət | çapa göndər

Füzuli şəhərində Qazaxıstanın təşəbbüsü ilə qurulan təhsil ocağı – gələcəyə sərmayə

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri çərçivəsində Füzuli şəhərində Qazaxıstan Respublikasının təşəbbüsü və maliyyə dəstəyi ilə müasir məktəb binası inşa olunmuşdur. Bu təşəbbüs, Qazaxıstanın Azərbaycana verdiyi qardaş dəstəyinin parlaq nümunəsidir. Yeni məktəb binası Füzuli şəhərinin yenidən dirçəlməsi prosesində xüsusi yer tutur. Qazaxıstan tərəfindən həyata keçirilən bu layihə Füzuli sakinlərinin təhsil hüququnun təmin olunmasına və bölgədə təhsilin inkişafına yönəlib. Məktəbin inşasında istifadə olunan texnoloji və infrastruktur həlləri onu regionun nümunəvi təhsil müəssisəsinə çevirir. Həmçinin, məktəbin pedaqoji heyətinin formalaşdırılmasında da müasir yanaşmalar tətbiq olunur. Bu dəstək eyni zamanda, Qazaxıstanın humanitar dəyərlərə verdiyi önəmin və regional əməkdaşlığa sadiqliyinin göstəricisidir. Füzuli kimi minalardan təmizlənən və bərpa olunan bir şəhərdə məktəb tikmək, gələcək nəsillərin təhsil alması və ölkənin inkişafına töhfə verməsi üçün böyük bir addımdır. Qazaxıstanın bu layihəsi regionda sülhün, əməkdaşlığın və tərəfdaşlığın gücləndirilməsinə xidmət edir. Bu məktəb illər boyu iki xalq arasında dostluğun, etimadın və birliyin simvolu olaraq yaşayacaq.

Nizami Verdiyev
YAP Laçın rayon təşkilatının 50 saylı ƏPT-nin fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-10-2025