İrandan ölkəyə narkotik gətirilməsinin qarşısı alındı - FOTO
Tarix: 05-11-2019 | Saat: 10:22
Bölmə:Karusel / Parlament | çapa göndər
Noyabrın 3-də saat 07:30 radələrində Astara şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq ölkə ərazisinə narkotik maddə gətirən bir nəfər naməlum şəxs həmin ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən aşkar edilib.
Bu barədə aia.az -a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, sərhədçilərin qanuni tələblərinə əməl etməyən sərhəd pozucusunun təqibi zamanı o, əlindəki çantanı ataraq relyefin mürəkkəbliyindən istifadə edərək İran istiqamətində geri qaçıb.
Hadisə yerinə baxış zamanı sərhəd pozucusunun yerə atdığı çantada qanunsuz yolla Azərbaycan ərazisinə keçirilmiş külli miqdarda narkotik vasitə olan 12 kq 730 qram“Kakos”, 7945 ədəd “Metadon 40” psixotrop maddə və bir ədəd soyuq silah (xəncər) aşkar edilərək götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər