Mobil versiya
Bakı metrosundakı dəhşətli qəzadan 24 il ötür
Tarix: 28-10-2019 | Saat: 10:08
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Bakı metrosundakı dəhşətli qəzadan 24 il ötür


28 oktyabr 1995-ci ildə Bakı metropolitenində tarixin ən böyük metro qəzası baş verib. Artıq həmin tarixdən 24 il ötür.

Azvision.az -ın məlumatına görə, 24 il əvvəl "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həlak olub, 270 nəfər yaralanıb.
Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı olub. Qəzanın əsas səbəbi kimi köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, terror aktı, habelə maşinistin səhv qərar verməsi göstərilib.

Hadisədə terror əməli aşkarlanmayıb və texniki qəza kimi qiymətləndirilib. Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı yanlış sayılıb. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Dünya ölkələrindəki heç bir metropolitendə indiyədək bu qədər geniş miqyaslı itki ilə nəticələnən qəza olmadığına görə, Bakı metrosundakı 28 oktyabr qəzası "Ginnesin rekordlar kitabı"na düşüb.

Ümummilli lider Heydər Əliyevin göstərişi ilə ölkədə 3 gün matəm elan edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024