Mobil versiya
Axtarışda olan Gürcüstan vətəndaşı Azərbaycanla sərhəddə tutulub
Tarix: 28-10-2019 | Saat: 09:58
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Axtarışda olan Gürcüstan vətəndaşı Azərbaycanla sərhəddə tutulub


Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sər­hə­dinin toxunulmazlığının təmin edilməsi və narkotik vasitələrin qanunsuz döv­riy­yə­sinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbir­ləri davam etdirilir.

DSX-dən aia.az-a verilən məlumata görə, oktyabrın 17-də Qax rayonu Üzümlü kəndi yaxınlığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gür­­cüstan isti­qa­mətində dövlət sərhədini pozmağa cəhd göstərərkən Gürcüstan və­­təndaşı Qoqiçaişvili Davit Quramoviç saxlanılıb.

İlkin araşdırma zamanı sərhəd pozucusunun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 177-ci (oğurluq) mad­­­dəsi ilə istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində axtarışda olması müəy­yən­­ləş­diril­ib.

Həmin tarixdə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azər­bay­can Respublikasına gələkən AR vətəndaşı 1989-cu il təvəllüdlü Kişizadə Qabil Mirəhməd oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən 97 qram narkotik vasitə aşkar olunaraq götürül­üb.

Hər 2 fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024