Mobil versiya
Bakıda karxanada faciə - 58 yaşlı kişi kombaynın altında qalıb öldü
Tarix: 25-10-2019 | Saat: 12:24
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda karxanada faciə -


Bakıda daş karxanasında ölüm hadisəsi baş verib.

aia.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

Qaradağ rayonu, Səngəçal qəsəbəsində, "Karvansaray" əhəng daşı karxanasında kombaynçı-maşinist işləyən Şəki rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Əliəfsər Qurban oğlu karxanada işləyərkən işlətdiyi daşkəsən kombayn relsdən çıxıb.

Ə.Əhmədov kombaynı relsin üzərinə qaldırmaq istəyərkən həmin kombayn hərəkətə gəlib. Nəticədə Ə.Əhmədov kombaynın altında qalaraq ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024