Mobil versiya
Bakı Zamirənin milyonlarını niyə istəmir?
Tarix: 16-10-2019 | Saat: 14:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakı Zamirənin milyonlarını niyə istəmir?


İngiltərədə keçirilən məhkəmədə çıxarılan qərara əsasən, Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Azərbaycana ekstradisiya edilməyəcək.

Maraqlıdır ki, çıxarılan qətnamədə məhkəmə Z.Hacıyevanın İngiltərədə əldə etdiyi mülklərin həyat yoldaşının Azərbaycandan oğurladığı pullarla alındığını təsdiqləyib. Məhkəmədə vurğulanıb ki, Zamirə Hacıyeva sağa-sola xərclədiyi, bahalı mülklər aldığı milyonların oğurluq olduğunu əvvəlcədən bilib. Məhz buna görə də Z.Hacıyevanın İngiltərədəki əmlaklarının üzərinə həbs qoyulub.

Bu barədə Axar.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, məhkəmə “izah oluna bilməyən əmlak tələbi” ilə şəxsdən bu sərvətin mənbəyini göstərməsini tələb edə bilər.

Hazırda Z.Hacıyevanın əmlakına həbs qoyulduğu üçün o, faktiki olaraq əmlaklarından istifadə edə bilmir.

Beləliklə, Azərbaycan o əmlakların dövlətə qaytarılması tələbini qaldırmaq hüququna malikdir.

“Azərbaycan o əmlakın qaytarılmasını tələbini qaldırıbmı?” sualına aydınlıq gətirməsi üçün Ədliyyə Nazirliyini sorğu göndərilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024