Mobil versiya
Ruhani: Təbriz şəhəri məhv ola bilərdi
Tarix: 15-10-2019 | Saat: 15:08
Bölmə:Dünya | çapa göndər

Ruhani:



İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətində Urmiya gölünün bərpası üzrə addımlar atılmasaydı, Təbriz adında şəhər olmayacaqdı.

Trend-in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Tehranda Şərqi Aralıq Dənizi ətrafı ölkələrinin səhiyyə nazirlərinin 66-cı iclasında deyib.

H.Ruhaninin sözlərinə görə, nəticədə 14 milyon əhali İranın qərbindən köçməli olacaqdı.

Ruhani əlavə edib ki, İranın hazırkı hökuməti iqtidara gəldiyi ilk gündən Urmiya gölünün bərpası ilə əlaqədar addımların atılmasına qərar verib.

Qeyd edək ki, Urmiya gölü 2001-ci ilin ortalarından qurumağa başlayıb. Urmiya Gölünün Bərpası komitəsinin layihələri çərçivəsində suyun öz səviyyəsinə qaytarılması üçün onillik proqram nəzərdə tutulub. Bu proqram 2015-ci ildən başlayıb. Hazırda Urmiya gölünün su səviyyəsinin ötən ilin analoji dövrü ilə müqayisədə 101 santimetr artdığı bildirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5192 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}