Mobil versiya
Millimiz ərəb və macarlara qarşı bu futbolçularla çıxış edəcək - HEYƏT
Tarix: 02-10-2019 | Saat: 17:55
Bölmə:İdman | çapa göndər

Millimiz ərəb və macarlara qarşı bu futbolçularla çıxış edəcək -


Azərbaycan millisinin qarşıdakı oyunlar üçün heyəti açıqlanıb.

Oxu.Az xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç 23 futbolçuya dəvət göndərib.

Komandamız oktyabrın 6-da və 7-də Bakıda, 8-də və 9-da Bəhreyndə, ayın 10-dan 13-dək Macarıstanda təlim-məşq toplanışında olacaq. Yığmamız ayın 9-da Bəhreynlə beynəlxalq yoldaşlıq oyunu keçirəcək, 13-də isə AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində Macarıstanla qarşılaşacaq.

Qapıçılar: Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Tobol”, Qazaxıstan), Şahruddin Məhəmmədəliyev (“Qarabağ”);

Müdafiəçilər: Şəhriyar Əliyev (“Sumqayıt”), Ömər Buludov (“Neftçi”), Abbas Hüseynov, Bədəvi Hüseynov (hər ikisi “Qarabağ”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Şəhriyar Rəhimov (“Səbail”), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi “Sabah”);

Yarımmüdafiəçilər: Qara Qarayev, Rişard Almeyda, Mahir Emreli, Araz Abdullayev (hamısı “Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Eddi İsrafilov (“Albasete”, İspaniya), Cavid Hüseynov (“Zirə”), Rəşad Eyyubov (“Sabah”);

Hücumçular: Ramil Şeydayev (“Dinamo”, Rusiya), Rüfət Dadaşov (“Proysen”, Almaniya), Renat Dadaşov (“Pasuj de Fereyra”, Portuqaliya), Ağabala Ramazanov (“Səbail”).

Qeyd edək ki, millimizin kapitanı Maksim Medvedev Xorvatiya ilə oyunda sarı vərəqə limitini doldurub cəzalı duruma düşdüyündən, bu matçlarda iştirak etməyəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024