Mobil versiya
Beyləqanda 2 fevral “Gənclər günü“ qeyd edildi
Tarix: 02-02-2016 | Saat: 15:56
Bölmə:Təhsil / Manşet2 / Karusel | çapa göndər

Beyləqanda 2 fevral “Gənclər günü“ qeyd edildi
Rayon məktəbliləri arasında şahmat və futbol yarışları keçirilib

22-31 yanvar 2016-cı il tarixlərdə Beyləqan rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Bahar qəsəbəsi və Birinci Aşıqlı kəndində 2002-2003-cü il təvəllüdlü uşaqlar arasında “Gənclər günü”nə həsr olunmuş mini-futbol üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 20 komanda olmaqla 220 nəfər idmançı iştrak etmişdir. Keçirilən yarışlarda Bahar qəsəbə tam orta məktəbinin komandası I yeri, Birinci Aşıqlı kənd tam orta məktəbin komandası II yer, Şəhər 1 nömrəli tam orta məktəbin komandası III yeri tutmuşdur. Həmçinin 25 yanvar – 01 fevral 2016-cı il tarixlərdə Beyləqan rayon Şahmat Məktəbində 65 nəfərin iştirakı ilə “Gənclər günü”nə həsr olunmuş 8, 10, 12, 14 yaşlı oğlan və qızlar arasında rayon birinciliyi keçirilib.

Yarışıda Beyləqan rayon Gənclər və İdman idarəsinin rəisi Sənan Quliyev çıxış edərək "2 fevral Gənclər günü” münasibətilə gənc idmançıları təbrik etdi və onlara gələcək yarışlarda yeni uğurlar arzuladı. Sonra o, çıxışında gənc nəslin sağlam vətənpərvər ruhda böyüməsinin hər bir ölkə,hər bir dövlət üçün ən başlıca məsələ olduğunu,Gənclər Siyasətinin banisi ulu öndər H.Əliyevin daima bu məsələni öz diqqətində saxladığını və bununla bağlı imzaladığı Fərman və Sərəncamlardan, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən,rayonumuzda 20 minə yaxın gəncin yaşamasından, onlara dövlətin daimi diqqət və qayğısından, 2015-ci ildə gənclər və idman sahəsində əldə edilən nailiyyətlərdən danışdı.

Daha sonra hər iki birincilikdə qalib komandalara və idmançılara rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5591 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-06-2020
02-06-2020
{sape_links}{sape_article}