Mobil versiya
DGK rəhbərliyi Biləsuvar, Neftçala və Cəlilabadda vətəndaşları qəbul edib
Tarix: 27-09-2019, 17:32 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

DGK rəhbərliyi Biləsuvar, Neftçala və Cəlilabadda vətəndaşları qəbul edib


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.

Dövlət Gömrük Komitəsindən (DGK) aia.az-a verilən məlumata görə, komitə rəhbərliyi Biləsuvar, İmişli, Neftçala və Cəlilabad rayonlarının sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.

Həmin gün DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Biləsuvar şəhərində Biləsuvar və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.

Komitə sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Biləsuvar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə və digər gömrük məsələləri ilə bağlı olub.

Həmin gün DGK sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Neftçala, Komitə sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Cəlilabad şəhərində vətəndaşları qəbul edib.

Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

aia.az



5111 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-11-2019
20-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930