Mobil versiya
"Lotu Quli"nin əsas düşməninin 8 ən yaxın adamı tutuldu
Tarix: 27-09-2019, 15:51 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə | çapa göndər

"Lotu Quli"nin əsas düşməninin 8 ən yaxın adamı tutuldu


Rusiyanın hüquq mühafizə orqanları 2012-ci ildə deputatın öldürülməsində şübhəli bilinən səkkiz nəfəri saxlayıb. Onların hamısı "Şişkan" ləqəbli kriminal avtoritet, bizmesmen Oleq Medvedyevlə əlbir olub. aia.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko "RİA Novosti"yə danışıb.

"Şişkanovun cinayətkar qruplaşması ilə bağlı cinayət işinin istintaqı çərçivəsində onunla əlbir olan səkkiz nəfər - Eduard Xarkov, Yuri Qriqoryev, Dmitri Qusev, Dmitri Barışnikov, Yuri Ofitserov, Dmitri Xlamkin, Loretis Vitkauskas və Mixail Korovin - saxlanılıb", - Petrenko deyib.

İstintaqın versiyasına görə, Medvedyev cinayətkar qruplaşmanı 2010-cu ildən gec olmayaraq yaradıb. Dəstənin Ramensk rayon deputatı Tatyana Sidorova və onun üç doğmasının öldürülməsində əli var. Bundan əlavə, cinayətkarlar 2014-cü ildə biznesmenin öldürülməsində şübhəli bilinir.

Xatırladaq ki, Oleq Şişkanov bu ilin iyulunda iki ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, bir müddət əvvəl "Ura.ru" portalı "Lotu Quli" ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun rəqibləri arasında ilk sırada "Şişkan"ın (Oleq Şişkanov) olduğunu yazmışdı.

aia.az



5176 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-11-2019
20-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930