Mobil versiya
Bərdə - Qafqazın mədəniyyət və elm beşiyi
Tarix: 27-09-2019 | Saat: 12:28
Bölmə:Karusel | çapa göndər

Bərdə - Qafqazın mədəniyyət və elm beşiyi




İlyas Hacıyev: “Bərdə Qarabağın mədəniyyət mərkəzi kimi bu gün inkişafının yeni mərhələsini yaşayır”

Birmənalı olarq demək olar ki, Bərdə təkcə Azərbaycanın deyil, həmçinin bütün Qafqazın ən qədim sivilizasiya mərkəzlərindən biri kimi, regionun mədəni inkişafında mühüm rol oynayaraq yüz illər boyu bu ərazilər üçün mədəni, mənəvi, elmi mərkəz rolunu oynayıb. Qədim Bərdə şəhəri indiki ərazisindən təqribən 5 kilometr kənarda yerləşib. Tarixi mənbələrə görə, eradan əvvəl 4-5 ci əsrlərdən inkişaf edən bu şəhər 1500 il əvvəl Qafqazın ən böyük şəhərindən biri olub və sonralar Azərbaycan ərazisindəki Albaniya dövlətinin iri yaşayış məntəqəsi hesab edilib. Təbii ki, bütün bu faktlar Bərdənin müasir Azərbaycanın milli-mədəni irsinin formalaşmasında önəmli rol oynamasına səbəb olub.




Bu gün isə regionda milli-mədəni irsimizin qorunub saxlanması və daha da inkişafı, bu zəngin irsin dünyaya tanıdılması istiqamətində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən mühüm işlər görülür.

Hazırda İlyas Hacıyevin rəhbərlik etdiyi Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində Tərtər, Mingəçevir, Yevlax və Bərdədə fəaliyyət göstərən 4 tarix-diyarşünaslıq muzeyi, 4 Heydər Əliyev Mərkəzi, Yevlax şəhər Heydər Əliyev adına saray, 4 rayon mədəniyyət mərkəzi, 4 rayon mərkəzi kitabxana sistemi və 18 kitabxana filialı, 17 mədəniyyət evi, 14 uşaq musiqi məktəbi, 13 klub, 1 şəhər və 1 Dövlət rəsm qalereyası fəaliyyət göstərməkdədir. Qeyd olunmalıdır ki, İlyas Hacıyevin rəhbərliyi altında Bərdə Regional Mədəniyyət İdarəsinin kollektivi bütün bu mədəniyyət obyektlərinin fəaliyyətinə nəzarəti və onların koordinasiyasını yüksək peşakarlıqla həyata keçirir. Həm də bu idarənin fəaliyyəti mütəmadi olaraq keçirilən müxtəlif tədbirlərlə xeyli zəngin olur. Biz də sentyabr ayı ərzində keçirilmiş belə tədbirlərdən bəziləri haqqında maraqlı məlumatları oxucularımızqa təqdim etmək istəyirik.

Mütaliə günü dünyada Sülhə həsr olundu




Məlumdur ki, istər milli, istərsə də ümumbəşəri mədəni dəyərləein qorunub saxlanmasında kitabxanaların rolu çox böyükdür. Həmçinin tarix boyu kitabxanalar insanların maariflənməsi baxımından böyük önəm kəsb ediblər. Bu gün də elektron informasiya vasitələrinin inkişafına rəğmən klassik kitabxanalar öz əhəmiyyətlərini qoruyub saxlamaqda

Davam edirlər. Bu baxımdan Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan kənd kitabxanalarının fəaliyyəti də diqqətəlayiqdir.
Sntyabr ayının 2-də Bərdə rayon MKS-nin 1 nömrəli kənd kitabxana filialı 21 avqust - 21 sentyabr Sülh aylığı elan edilməsi ilə əlaqədar olaraq mütaliə günü təşkil edib. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Mənsurə Vəliyeva açaraq qeyd edib ki, hər il 21 sentyabr Beynəlxalq Sülh Günü kimi qeyd edilir. Bu tarix BMT Baş Assambleyasının təşəbbüsü ilə Yer üzündə atəş və zorakılıqdan qlobal imtina günü kimi keçirilir. 2017-ci ilin Beynəlxalq Sülh Gününün devizi “Birlikdə sülh uğruna: hörmət, təhlükəsizlik və hamı üçün ləyaqət”dir. 1982-ci ildən qeyd olunmağa başlayan bu tarix BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı təsis edilib.

“Vətən sərhəddən başlayır”



Hərbçilərinin asudə vaxtının səmərəli təşkili, onların mədəni istirahətinin təmin olunması və hərbçilərdə vətənpərvərlik hissinin daha da artırılması məsələsi də Bərdə Regional Mədəniyyət İdarəsinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Belə ki, regional idarənin tabeliyində olan bütün mədəniyyət müəssisələri mütəmadi olaraq yerlərdə hərbçilərin asudə vaxtının səmərəli təşkili məqsədilə rəngarəng konsert proqramları təşkil edirlər. Bu istiqamətdə keçirilən tədbirlərdən biri də sentyabr ayının 4-də regional idarənin Yevlax şəhər Mədəniyyət Mərkəzi tərəfindən Dövlət Sərhəd Qoşunlarının yaranmasının 100 illiyi münasibətilə Dövlət Sərhəd Qoşunlarının Yevlax şəhər ərazisində yerləşən “N” saylı hərbi hissəsində, “Vətən Sərhəddən başlayır” adı altında həyata keçirilib. Hərbi hissə komandanlığı əsgərlərimizin mənəviyyatını zənginləşdirmək və onlarda vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə keçirilən tədbirlərə görə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevə təşəkkür məktubu göndərərək öz dərin minnətdarlıqlarını bildiriblər.

Tərtərdə “Bilik Günü”

Sentyabr ayının 16-da Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Uşaq musiqi məktəbində Bilik Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edənlər musiqi kollektivlərini, eyni zamanda, bütün təhsil müəssisələrində çalışan və təhsil alan tələbələri, şagirdləri Bilik günü münasibətilə təbrik edib və onlara yeni tədris ilində uğurlar arzulayıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyev həyatımızın bütün sahələrində olduğu kimi mədəniyyətin inkişafına da böyük diqqət yetirirdi. Dahi liderimiz mədəniyyətin ictimai həyatda rolunu, mahiyyətini həmişə dəyərləndirib, mədəniyyət xadimlərini, musiqiçiləri yeni yaradıcılıq axtarışlarına ruhlandırmaq üçün onların əməyini yüksək qiymətləndirib. Sonda vurğulanıb ki, hazırda bu istiqamətdə işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Azərbaycan mədəniyyətinin təbliği, inkişafı istiqamətində ölkə başçısının təşəbbüsü ilə çoxsaylı işlər, layihələr həyata keçirilib.




Regional İdarənin fəaliyyəti Şuranın iclasında müzakirə olunub

Sentyabrın 13-də Bərdə rayon Mədəniyyət Mərkəzində Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbər işçilərlə birgə növbəti Şura iclası keçirilib. İclasda çıxış edən Şuranın sədri, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev öncə vətən uğrunda şəhid olan, o cümlədən Azərbaycan mədəniyyətinin təşəkkül tapmasında, inkişafında misilsiz xidmətləri olan görkəmli xadimlərin ölməz ruhunu bir dəqiqəlik sükutla yad etməyi xahiş edib. Çıxışına davam edən regional idarənin rəisi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” imzaladığı Sərəncamın regional idarə üzrə silsilə tədbirlər şəklində davam etdirilməsi istiqamətində öz tapşırıqlarını verib.
Gündəliyin ikinci məsələsi Regional İdarənin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin yeni 2019-2020-ci tədris ilinə hazırlığı barədə olub. Bu haqda danışan regional idarənin rəisi məktəblərdə təlim-tədris prosesisinə diqqətin artırılmasından, məktəblərin müsabiqə və festivallarda ən yüksək səviyyədə iştirakının vacibliyindən, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı görülmüş işlərdən danışıb. O da qeyd olunub ki, məktəblərin fəaliyyətinə tədris ili ərzində nəzarət olunacaqdır və səmərəli fəaliyyətinə görə müəllimlər regional idarə tərəfindən qiymətləndiriləcəkdir.
Gündəlikdə duran üçüncü məsələ Regional idarənin tabeliyində olan muzey şəbəkəsinin inkişafı, mövcud olan muzeylərin fondlarının zənginləşdirilməsi sahəsində aparılan işlərə aid olub. Bu barədə çıxış edən regional idarənin rəisi mövcud dünya təcrübəsi nəzərə alınaraq muzeylərdə fəaliyyət istiqamətinin genişləndirilməsindən, fondlara yeni eksponatların əlavə olunmasından və bu sahədə digər muzeylərlə qarşılıqlı iş şəraitinin qurulmasından danışıb.




Həmçinin İlyas Hacıyev kitabxanalarda oxuculara xidmət işinin təşkil olunması məsələsinə də toxunub. İdarə rəisi bu sahədə regional müəssisələr üzrə xeyli inkişafın olduğunu bildirib. Qeyd olunub ki, kitabxanalarda Book cafelərin (Kitabxana çay evlərinin) təşkili, həmçinin “Açıq kitabxana” layihəsi çərçivəsində mütəmadi olaraq kitab sərgilərinin keçirilməsi və səyyar kitabxana xidmətləri oxucuları kitabxanalara daha da cəlb edib və bu təcrübə regional idarə tərəfindən davamlı olaraq genişləndirilməkdədir.

Sonda mədəniyyət müəssisələrinin səmərəli fəaliyyəti istiqamətində təkliflər dinlənilib, qarşıya qoyulan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Öz növbəmizdə biz də Bərdə Regional Mədəniyyət İdarəsinin bütün kollektivinə və ilk növbədə idarənin rəisi İlyas müəllimə onların bu çətin, məsuliyyətli və şərəfli işlərində yeni-yeni nailiyyətlər diləyirik.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024