Tamaşaçı: "Azərbaycanda gimnastikanın bütün növləri inkişaf edir"
Tarix: 20-09-2019 | Saat: 17:27
Bölmə:İdman | çapa göndər
"Milli Gimnastika Arenası məndə gözəl təəssürat yaratdı".
aia.az xəbər verir ki, bunu Trend-ə bədii gimnastika üzrə dünya çempionatının tamaşaçısı Tatyana Smirnova deyib.
O, Milli Gimnastika Arenasına ilk dəfə gəldiyini bildirib:
"Bura çox gözəldir. Hər şey çox gözəl təşkil olunub".
Tamaşaçı bildirib ki, Azərbaycanda gimnastikanın bütün növləri inkişaf edir:
"Ölkədə gimnastika inkişaf edir, müxtəlif tədbirlər keçirilir. Mənim nəvəm gimnastika ilə məşğul olur. Tanışlarım arasında da uşaqlarını gimnastikaya qoyanlar çoxdur".
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu