Mobil versiya
Azərbaycan gimnastları öz çıxışları barədə: Biz bir-birimizi dəstəkləyirdik
Tarix: 19-09-2019 | Saat: 16:44
Bölmə:İdman | çapa göndər

Azərbaycan gimnastları öz çıxışları barədə:


Azərbaycan gimnastları Zöhrə Ağamirova, Veronika Qudis və Yelizaveta Luzan bədii gimnastika üzrə dünya çempionatında fərdi proqramda gürzlərlə çıxışlarını təqdim ediblər.

Çıxışdan sonra gimnastlar Trend-ə müsahibə veriblər.

V.Qudis bugünkü çıxışın dünənkindən pis olduğunu deyib:

“Əhval-ruhiyyə yaxşı idi, zədə də xoşbəxtlikdən olmadı. Amma çıxış alınmadı. Bu, hər bir gimnastda olur. Dünya çempionatında çıxışdan sonra başa düşdüm ki, proqramı cəsarətlə yerinə yetirmək lazımdır”.

Dünya çempionatında ilk dəfə çıxış edən Y.Luzan həyəcanın öhdəsindən gələ bilməsi üçün tamaşaçıların dəstəyini vurğulayıb:

“Tamaşaçılar yarışa köklənməyə kömək edir. Bu gün həyəcanlanırdım və kiçik səhvlərə yol verdim. Bu gün Azərbaycanı təmsil etdiyimiə görə xalçaya qürur hissi ilə çıxdım”.

Komandanın lideri Zöhrə Ağamirova hesab edir ki, bu gün əvvəlki günlərə nisbətən daha uğurlu çıxış edib:

“Ümid edirəm ki, mənim 24-lüyə düşmək üçün xalım çatacaq. Hər üçümüz - mən, Yelizaveta və Veronika həyəcanlanırdıq və bir-birimizi dəstəkləməyə çalışırdıq”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024