Mobil versiya
Kürdəmirdə evlərdən pul oğurlayan şəxs saxlanılıb
Tarix: 18-09-2019 | Saat: 12:01
Bölmə:Cəmiyyət | çapa göndər

Kürdəmirdə evlərdən pul oğurlayan şəxs saxlanılıb


Sentyabrın 16-da Kürdəmir rayonu Qaraqocalı kənd sakini Cəlal Əhmədov RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən 1910 manat pulun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan aia.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fərid Allahverdiyev saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Ətrafında aparılan araşdırmalar nəticəsində F.Allahverdiyevin digər cinayət əməlində də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxsin bir neçə gün öncə vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyalarını, digər bir vətəndaşa məxsus evdən isə məişət əşyalarını və yataq dəstini oğurladığı məlum olub. Oğurlanan əşyaların və pulun müəyyən bir qismi maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024