Mobil versiya
"Qarabağ"ın sabiq legionerindən Qurban Qurbanov haqda maraqlı açıqlamalar
Tarix: 17-09-2019 | Saat: 15:23
Bölmə:İdman | çapa göndər

"Qarabağ"ın sabiq legionerindən Qurban Qurbanov haqda maraqlı açıqlamalar


"Qarabağ"ın sabiq futbolçusu Əlhərbi Əl Jadeyaui karyerasını başa vurub.

Qol.az-ın məlumatına görə, bu barədə 33 yaşlı yarımmüdafiəçi Fransa mətbuatına açıqlamasında deyib.

O, sabiq klubu "Qarabağ" haqda da danışıb: "Çoxları "Qarabağ"da nə edəcəyimi düşünürdü. Amma ora ən yaxşısı idi. Paltardəyişmə otağına girirsən, hər şey hazırdır, hətta geyinəcəyin butslar da. Ora inkişaf etdiyim ən böyük klubdur. Baş məşqçi Qurban Qurbanovdur. Onu yerli Zidan saymaq olar. Az qala stadionda yatırdı. Çox istəkli idi. Taktiki və texniki cəhətdən mənə çox şey öyrətdi. İnsanlar bu klubun Çempionlar Liqası və Avropa Liqasında daim iştirak etdiyini unudurlar".

Qeyd edək ki, Əl Jadeyaui 2015/16 mövsümündə "Qarabağ"da çıxış edib. Onun son klubu "Qrenobl" (Fransa) olub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5182 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-06-2020
02-06-2020
{sape_links}{sape_article}