Mobil versiya
Gürcüstandan qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlandı
Tarix: 09-09-2019 | Saat: 09:36
Bölmə:Cəmiyyət | çapa göndər

Gürcüstandan qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlandı


Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Opel Vectra" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən aia.az-a verilən məlumata görə, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, nəqliyyat vasitəsinin gizli saxlanc yerindən beş ədəd "Mİ A3" markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024