Mobil versiya
Vüsal Hüseynov BMT rəsmisilə görüşüb
Tarix: 27-08-2019 | Saat: 17:46
Bölmə:Siyasət | çapa göndər

Vüsal Hüseynov BMT rəsmisilə görüşüb


Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.

Qurumdan aia.az -a verilən məlumata görə, Vüsal Hüseynov Dövlət Miqrasiya Xidməti ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında olan səmərəli əlaqələrə toxunub, eləcə də ölkədə mövcud sığınacaq sisteminin təkmilləşdirilməsi ilə əlaqədar mühüm işlər aparıldığını, qaçqın statusu almış şəxslərin inteqrasiyası ilə bağlı məsələlərin diqqət mərkəzində olduğunu bildirib.

Görüşdə 7-11 oktyabr 2019-cu il tarixlərdə Cenevrədə keçiriləcək BMT QAK-ın İcraiyyə Komitəsinin 70-ci sessiyası və 17-18 dekabr tarixlərdə reallaşacaq Qaçqınlar üzrə I Qlobal Foruma dair müzakirələr, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024