Mobil versiya
Ədliyyə naziri Abşeronda vətəndaşları qəbul edəcək
Tarix: 27-08-2019 | Saat: 16:45
Bölmə:Gündəm | çapa göndər

Ədliyyə naziri Abşeronda vətəndaşları qəbul edəcək


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 29-da Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Abşeron rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən aia.az -a verilən məlumata görə, Abşeron rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev parkı) keçiriləcək qəbulda Abşeron, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbula vətəndaşlar Sumqayıt regional ədliyyə idarəsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (01865) 5-57-45, (01865) 5-18-42), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Abşeron rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Həmçinin vətəndaşların rahatlığı üçün Ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024