Mobil versiya
ADAU-da seminar keçirilib - FOTOLAR
Tarix: 27-08-2019 | Saat: 16:16
Bölmə:Təhsil | çapa göndər

ADAU-da seminar keçirilib




Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən "Yaşıl İqlim Fondunun Azərbaycan üzrə Hazırlıq və İlkin Dəstək" layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində professor-müəllim heyətinə seminar keçirilib.

Universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin Anatomiya muzeyində keçirilən tədbiri giriş sözüylə açan BMT-nin İnkişaf Proqramının Azərbaycanda Baş Proqram Müşaviri Çingiz Məmmədov bacarıqların artırılması barədə görülmüş işlər haqqında məlumat verib.

Daha sonra çıxış edən AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev “Qlobal iqlim dəyişmələri və onun təsirləri” mövzusu ətrafında iştirakçılara məlumat verib.

Qeyd edək ki, Yaşıl İqlim Fondu qlobal iqlim dəyişmələrindən yaranan problemlərə qarşı mubarizədə inkişaf etməkdə olan ölkələrə dəstək vermək məqsədi ilə yaradılmışdır. Fond BMT-nin İqlim Dəyişmələri uzrə Çərçivə Konvensiyasının (UNFCCC) maliyyə mexanizmi kimi fəaliyyət göstərir.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

aia.az







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024