Mobil versiya
Yol polisindən toy karvanları ilə bağlı yenilik
Tarix: 27-08-2019 | Saat: 15:28
Bölmə:Ölkə | çapa göndər

Yol polisindən toy karvanları ilə bağlı yenilik


Baş Dövlət Yol Polisi İdarəsi yoy karvanlarında iştirak edən avtomobil sürücülərinin bir çox hallarda yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə əlaqədar maarifləndirmə və təbliğat tədbiri həyata keçirir.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu dəfə yol hərəkəti təhlükəsizliyi ilə bağlı görüşlər bu məqsədlə avtomobillərin icarəyə verildiyi yerlərdə keçirilib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rüfət Quliyev və baş inspektor polis polkovnik-leytenantı İsa Deystani müxtəlif ərazilərdə yerləşən avtomobil icarəyə verilən yerlərdə görüşlər keçiriblər.

Görüş zamanı yol polisi əməkdaşları təbliğat işləri ilə yanaşı, həmin yerlərdə çalışan əməkdaşlara və toy mərasimi üçün avtomobilləri götürən sürücülərə BDYPİ tərəfindən hazırlanmış bukletlər təqdim ediblər.

Bukletlərdə olan tövsiyələrə əsasən, toy mərasimi üçün avtomobilləri icarəyə verərkən sürücülərlə profilaktik söhbətlər aparılmalı və xəbərdarlıq olunmalıdır ki, sürücülər toy karvanı zamanı yol hərəkəti qaydalarına əməl etsinlər. Eyni zamanda, sürücülərə hərəkət zamanı digər yol hərəkəti iştirakçılarına maneə yaratmamaq və optimal sürət seçməklə ötmə, manevr qaydalarına əməl edərək yalnız bir zolaq üzrə sağ tərəfdə idarə etmək tövsiyə olunur.

Maraqla qarşılanan bu tədbirə görə yol polisinə təşəkkür bildirilib, qeyd olunan tövsiyələri vacib hesab olunduğunu qeyd edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024