Tovuzda 51 kilometrlik yolun tikintisi yekunlaşır
Tarix: 27-08-2019 | Saat: 15:26
Bölmə:Ölkə | çapa göndər
Tovuz rayonunun Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən aia.az-a verilən məlumata görə, bir-neçə istiqamət üzrə yenidən qurulan 51 kilometrlik yolun 15 kilometrlik Qovlar-Əyyublu-Alakol hissəsi 2016-cı ildə əsaslı şəkildə təmir edilərək istifadəyə verilib.
Layihə çərçivəsində yolun 820 metrlik hissəsi I, qalan hissəsi isə III texniki dərəcəyə uyğun yenidən qurulub. Layihənin icrası zamanı Zəyəmçay üzərində uzunluğu 80 metr, eni 9,5 metr olan dəmir-beton avtomobil körpüsü əsaslı şəkildə təmir edilib.
Sözügedən yolun qalan 36 kilometrlik hissəsi isə IV texniki dərəcəyə uyğun yenidən qurulur. Həmçinin 36 kilometrlik yolun 15,1 kilometri asfalt-beton, 20,9 kilometri isə çınqıl örtüklü olmaqla inşa edilir.
Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun digər 17,3 kilometrlik hissəsində isə hazırda yenidənqurma işləri aparılır.
Son mərhələdə isə avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təşkili üçün lazımi yerlərdə yol nişanları və məlumatverici lövhələr, həmçinin kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, o cümlədən piyada zolaqları çəkiləcək.
Bununla da, Tovuz rayonunun Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunda müasir yol infrastrukturu yaradılacaq. Eyni zamanda, 50 minədək əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulması ilə sakinlərin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etməklə rayon mərkəzinə və qonşu rayonlara gediş-gəlişini xeyli asanlaşdıracaq.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024