Mobil versiya
Azərbaycan Ordusunda səmti müəyyənetmə yarışları başlayıb
Tarix: 27-08-2019 | Saat: 12:58
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan Ordusunda səmti müəyyənetmə yarışları başlayıb


Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi haqqında Müdafiə nazirinin əmrinə əsasən hərbi qulluqçular arasında növbəti səmti müəyyənetmə yarışlarına start verilib.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, ayrı-ayrı qoşun növləri və xidmət sahələrindən yarışlara cəlb edilən komandalar ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayırlar.

Yarışlarda hərbi qulluqçular həmçinin fərdi birincilik uğrunda da mübarizə aparacaqlar.
Qeyd edək ki, ötən illərdəkindən fərqli olaraq yarışların daha effektiv təşkili və keçirilməsi məqsədilə beynəlxalq standartlara uyğun olaraq elektron çiplərdən istifadə ediləcək, yarışın nəticələri Müdafiə Nazirliyinin nümayəndələri və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlər komissiyasının üzvləri tərəfindən qiymətləndiriləcək.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024