Mobil versiya
Qazaxıstan Parlamenti Senatının sədri Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərib
Tarix: 27-08-2019 | Saat: 12:55
Bölmə:Siyasət | çapa göndər

Qazaxıstan Parlamenti Senatının sədri Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərib


Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Dariqa Nazarbayeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Yüksək peşəkarlıq və insani keyfiyyətləriniz, böyük idarəçilik və siyasi təcrübəniz Sizə təkcə öz ölkənizdə deyil, onun hüdudlarından kənarda da layiqli nüfuz qazandırıb.

Qazaxıstanda Sizi xeyirxah qardaşlıq və mənəvi birlik ənənələrinə əsaslanan Qazaxıstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsinin ardıcıl tərəfdarı kimi tanıyır və hörmət edirlər.

Bizim aramızda formalaşmış etimadı və qarşılıqlı ehtiramı yüksək qiymətləndirirəm.

Əminəm ki, ölkələrimizin konstruktiv əməkdaşlığı Sizin köməyinizlə qardaş xalqlarımızın tərəqqisi naminə bundan sonra da məhsuldar inkişaf edəcək.

Hörmətli Mehriban Arif qızı, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, rifah və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024