Mobil versiya
Nazir: Kreditlə bağlı niyə güzəşt olmalıdır ki? - YENİLƏNİB
Tarix: 28-01-2016 | Saat: 20:14
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər


“Bank xeyriyyə cəmiyyəti deyil”.

Azərbaycanda dollarda krediti olan borcalanlara güzəştlərin edilməsi ilə bağlı təkliflər əsaslandırılma görmürük. Biz başa düşə bilmirik ki, nəyə görə biz bir qrup borcalanı başqalarından fərqləndirməliyik?

Aia.az “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.

“Birincisi, nəyə görə, kiməsə güzəşt edilməlidir? Əgər bir qrup borc alana güzəşt ediləcəksə, sonradan başqa bir qrup borcalan peyda olacaq və deyəcək ki, bəs bizə niyə güzəşt etmirsiniz? Biz onlara nə cavab verəcəyik? İkincisi, bizdə olan məlumata görə, bəzi borcalanlar gözləmə mövqeyindədirlər. Onlar hesab edirlər ki, kimsə onlara kompensasiya verəcək. Ona görə də onlar borclarını ödəmirlər. Yaxud borclarına xidmət göstərmirlər.

Hər bir adam borc alanda saf-çürük etməlidir. Bu pulu niyə götürür, hansı valyutada götürür, bu pulu qaytara biləcəkmi? Bank xeyriyyə cəmiyyəti deyil. Bankın iki funksiyası var. Bank bir tərəfdən kredit verirsə, digər tərəfdən əhalidən depozit alır. Yəqin ki, siz əmanətləri geri almayanda, ya əmanətlər üzrə faizləri almayanda narahat olacaqsız. Nəyə görə? Onlar borclarını yerinə yetirməsə, siz də əmanətlər üzrə gəlirlərinizi almayacaqsınız.

Bankın funksiyası bundan ibarətdir. Ona görə də bu çox çətin bir seçimdir. Dördüncüsü, qabaq məbləğ olaraq 10 mindən söhbət gedirdi. 10 min dollar üzrə kompensasiya məbləği 5 min manat idi. 5 min dollar üzrə isə 2500 manat idi. O qədər də az vəsait deyil. 250 milyondur, nə qədərdir deyə bilmərəm? Amma az vəsait deyil”.

S.Şərifov bildirib ki, ölkədə ünvanlı sosial yardıma ehtiyacı olan aztəminatlı insanlar var. Onun sözlərinə görə, dövlət ilk növbədə onlara yardım göstərməlidir. S.Şərifov əlavə edib ki, dövlət özəl banklarla onların müştəriləri arasında olan münasibətlərə müdaxilə etməməlidir:

“Bu adamlar hansı ki, 10 min dollar kredit alıb. Yəqin ki, ehtiyacı olan təbəqə deyil. Ona görə bu məsələdə də sosial ədalət prinsiplərini qorumalıyıq. Kompensasiyaların verilməsi sahəsində mətbuatda fikir mübadiləsi gedir. Mətbuatda Ukraynada aparılan kompensasiya təşəbbüslərini misal gətirirlər. Sadəcə xatırlatmaq istəyirəm ki, keçmiş sovetlər ittifaqına üzv ölkələrdə Sovet Əmanət Bankında qalan əmanətlərin əhaliyə qaytarılması ilə bağlı qanunlar qəbul edildi.

Amma bir çox ölkədə,Ş o cümlədən Ukraynada bu qanunlar icra olunmadı. Amma Azərbaycan dövləti prezident fərmanına əsasən, sosial ədalət prinsipini əsas tutaraq Sovet Əmanət Bankının borcu olan 600 milyon manat məbləğində əmanəti əhaliyə qaytardı.

Bugünkü təkliflərdə isə əsaslandırma görmürük. Biz başa düşə bilmirik ki, nəyə görə biz bir qrup borcalanı başqalarından fərqləndirməliyik? Bunu bizə başa salmalıdırlar və ya nəyə görə dövlət özəl bankla müştəri arasında münasibətlərə müdaxilə etməlidir? Bu münasibətlər başlayanda banklar müştərilərinə istehlak kreditini bir çox halda çox yüksək faizlə, 30-35%-lə təklif edirdi. O zaman nədənsə dövləti axtaran yox idi. Soruşan yox idi ki, bəs kreditlər bu faizlə nəyə görə verilir?”

Maliyyə naziri qeyd edib ki, banklar yüksək faizlə kreditlər hesabına yüksək gəlir əldə edib. Onun fikrincə, bu vəziyyətdən çıxış yolunu banklar müəyyənləşdirməlidir: "Banklar yüksək gəlir əldə edib. Gəlirlər hesabına da müştəriləri ilə necə deyərlər razılığa gəlsinlər.

Gəlirlərindən bir qismindən, faizlərindən keçsinlər. Yaxud kreditlərin müddətini uzatsınlar. Bunun müxtəlif yolları var. Müəyyən normativlər var ki, banklar onları pozmamalıdır. Yəqin ki, Mərkəzi Bank da bunu nəzərə alıb banklara müvafiq güzəştlər edə bilər. Mənim yanaşmam bundan ibarətdir”.

18:01

Maliyyə Nazirliyinin bazara istiqraz buraxması təkcə dövlət büdcəsi kəsirinin bağlanması ilə bağlı deyil.

Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə bu keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.

Nazirin sözlərinə görə, onun rəhbərlik etdiyi qurum əvvəllər, yəni dövlət büdcəsi kəsiri olmayanda da bazara istiqraz buraxıb.

“Hökumət 5000 dollara qədər olan kreditlərə güzəşt edə bilərmi?” sualına cavabında:

“Kreditlə bağlı niyə güzəşt olmalıdır ki?. Bu bir qrupa edilsə, sabah başqa qrup da deyəcək onlara da güzəşt olunsun. Bizdə olan məlumata görə, kredit götürənlər gözləmə mövqeyindədir ki, güzəşt olacaq. Buna görə ödəmir.

Digər tərəfdən hər bir kəs kredit götürərkən hansı valyuta götürdüyünü bilir. Banklar xeyriyyə təşkilatı deyil. Onlar bir tərəfdən kredit verirsə, digər tərəfdən sizdən əmanət alır”.

Nazir bildirib ki, qeyd olunan məbləğ çox böyükdür:

“Yüksək faizlə kredit verib gəlir əldə edəndə heç dövlət yada düşmürdü. Banklar öz müştəriləri ilə bağlı məsələni öz aralarında həll etsin. Faizlərdən azaltsın, ödəniş müddətini uzatsın və s. Bu məsələdə Mərkəzi Bank da banklara güzəşt edə bilər”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə