AQF: Rusiyada keçirilən turnirdə erməni əsilli idmançı Azərbaycanı təmsil etməyib
Tarix: 21-08-2019 | Saat: 16:37
Bölmə:İdman | çapa göndər
Bu ilin may ayında Rusiyanın Rostov şəhərində keçirilən 14-17 yaşlı yeniyetmələr arasında qılıncoynatma üzrə açıq tipli turnirdə iştirak edən erməni əsilli Robert Sergeyeviç Axverdov Azərbaycanı təmsil etməyib.
Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat katibi Kənan Hakimov deyib. Onun sözlərinə görə, həmin turnir beynəlxalq tədbir deyil:
"Bu tədbir Rusiyanın daxilində keçirilən açıq tipli adi turnirdir. Azərbaycan idmançıları da Rusiyada məşqdə olarkən belə bir tədbirin keçirildiyini bilib və həmin turnirə qatılıblar. Turnirə Azərbaycan Respublikası adından rəsmi komanda göndərilməyib. Qılıncoynadanlarımız il ərzində onlarla bu tip, nəticəsi heç bir əhəmiyyət kəsb etməyən, formal xarakter daşıyan turnirlərdə iştirak edirlər".
Mətbuat katibi bildirib ki, Azərbaycan Qılıncoynatma Federasiyası yeniyetmə və uşaq qılıncoynadanlarımızın bu tip turnirlərdə iştirakına həmişə dəstək verir:
"Burada məqsəd yeniyetmə qılıncoynadanlarımızın hazırlıq səviyyəsinin yüksəldilməsi və beynəlxalq yarış təcrübəsinin artırılmasıdır. Qılıncoynatma ilə maraqlanan mütəxəssislər bilirlər ki, istənilən ölkəni təmsil edən idmançı bu cür açıq tipli turnirlərdə, hətta öz şəxsi vəsaiti hesabına iştirak edə bilər.
Bir daha vurğulamaq istəyirik ki, həmin yarış rəsmi xarakter daşımır və orada iştirak edən idmançılar rəsmi olaraq Azərbaycan milli komandası adından çıxış etmirlər. Yeri gəlmişkən, bu yarışa Azərbaycandan şəxsi vəsaiti hesabına yollanan idmançımız da olub. Bizim Azərbaycan Qılıncoynatma Federasiyası olaraq öhdəliyimiz idmançılarımızın FİE-nin (Beynəlxalq Qılıncoynatma Federasiyası) təqvim planında yer alan yarışlarda iştirakını təmin etməkdir".
Robert Sergeyeviç Axverdovun yeniyetmə oğlan şpaqaçılarımızla birgə komanda yarışında iştirakına gəlincə, Federasiya rəsmisi deyib ki, həmin şəxs də orada Azərbaycanı təmsil etməyib:
"Yəni, beynəlxalq turnirlərdə rəsmi olaraq hər hansı bir komanda iştirak edirsə, həmin komandanın üzvlərinin milliyyəti yoxlanılır və təmsil etdiyi ölkəyə aidiyyəti olduğu halda komanda adından çıxış etməyə icazə verilir. Beynəlxalq qaydalara əsasən, rəsmi beynəlxalq yarışlarda yalnız Azərbaycan pasportuna malik idmançı beynəlxalq arenada ölkəmizin idman şərəfini qoruya bilər. Bu, hamının bildiyi adi prosedur qaydadır.
Yarış zamanı 2002-ci il təvəllüdlü Robert Sergeyeviç Axverdov məşqçimiz Sudef Quliyevə yaxınlaşaraq şpaqaçılarımızla birgə çıxış etmək istədiyini bildirib. Axverdov səbəb olaraq yarışa məşqçisiz qatıldığını və komanda yarışında da qüvvəsini sınamaq istədiyini göstərib.
Məşqçimiz 2002-ci ildə Şimali Osetiyanın Alaniya bölgəsində anadan olan və Rusiya vətəndaşı sayılan Axverdovun pasportuna nəzər yetirdikdən sonra onun şpaqaçılarımızla birgə komandada iştirak etməsinə etiraz etməyib. Sudef Quliyev bu addımı osetiyalı yeniyetmə idmançıya dəstək mənasında atıb. Yarış formal xarakter daşıdığından turnirin reqlamenti buna icazə verir. Bildiyiniz kimi, Rusiyada pasportlarda vətəndaşın milliyəti göstərilmir.
Həmin məqamda məşqçimiz Sudef Quliyev Axverdovun erməni əsilli olmasından xəbərsiz olub. Bu cür yarışlarda yalnız pasport əsas sənəd kimi qəbul olunur, iştirakçılardan doğum şəhadətnaməsi tələb olunmur".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu