Mobil versiya
"Bu vəziyyətdən bir yerdə çıxmalıyıq" - Qurban Qurbanov
Tarix: 14-08-2019 | Saat: 02:00
Bölmə:Manşet / İdman | çapa göndər

"Bu vəziyyətdən bir yerdə çıxmalıyıq" -


"Əfsuslar olsun ki, məğlub olduq. Qələbə qazanmağı çox istəyirdik.Qapımızda qol epizodu da yox idi. Bir penalti, bir də vurulan qol.Bir neçə imkanımız oldu, istifadə edə bilmədik. Həyəcan var idi, bu da normaldır.Azarkeşləri məyus yola saldığımız üçün üzüldük”.

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbano Çempionlar Liqasının III təsnifat mərhələsininAPOEL-ləBakıda keçiriən cavab oyunundan(0:2) sonra mətbuat konfransında deyib.

- "Qarabağ” adətən uduzanda da baxımlı oyun göstərir. Bu gün isə bunu görmədik. Oyun sizi qane etdimi?

- Bəlkə biz fərqli baxırıq. İtiriləcək heç nə yox idi. Pressinq edən komandaya qarşı səhvlərimiz çox oldu. Amma heç də pis oynamadıq. Heç nədən rəqibə qol epizodları verdik. Açığı, mən oyunumuzdan razı qaldım. 0:2-dən sonra dəyişikliklər edirsən, istər-istəməz sistem pozulur.
- Slavçevin yerinə Kintananı meydana tez salmaq olmazdımı? "Qarabağ”ın ehtiyatında az oyunçunun olması sizi narahat etmir?

- Slavçev aktiv idi. İkinci qoldan sonra dəyişiklik etdik. Nə tez, nə də gec dəyişiklik etmək olar. Çalışdıq oyunun gedişinə görə addım ataq. İki oyunçumuz zədəli idi: Bədavi və Ozobiç. Əvvəldən 2 transfer fikrimizdə var idi. Amma bunları reallaşdıra bilmədik. Onlar sağlam olsaydı, variantımız daha çox olardı.
- Avropa Liqası matçına görəçempionat oyununun təxirə salınması iləbağlı PFL-ə müraciət edəcəksiniz?

- Çempionat oyununa hazırlaşmaq üçün vaxtımız çox azdır. Təxirə salmaq yox, oyunun bəlkə bir gün sonraya salınması üçün müraciət etdik.
- Rəqib sizi nə ilə təəccübləndirdi?

- Təcrübəsi ilə. Buna da təəccüblənmək demək düzgün olmaz. İllərdir avrokuboklarda çıxış edirlər. Onların Avropa təcrübəsi çoxdur. "Real” kimi nəhəng kluba səfərdə 2 qol vuran komanda idi. Həddən artıq istəkli olacaqlarını bilirdik. Ancaq yenə də xeyli sayda qol şansları yaratdıq. Futbol təəccüblərlə doludur. Məğlub olmuşuqsa, rəqibi təbrik etməliyik.
- Futbolçular 0:2-dən sonra sanki dünyanın sonu imiş kimi davrandılar. Ruh düşkünlüyünü aradan qaldırmaq çətin olmayacaq?

- Texniki səhvlər idi. Almeydanın bilə-bilə sarı aldığını demək olmaz. Məşqçi heyəti, rəhbərlik olaraq futbolçuların yanında olmalıyıq. Bu vəziyyətdən bir yerdə çıxmalı, həm çempionat, həm də Avropa Liqasının pley-offuna hazırlaşmalıyıq.

- Hakimliklə bağlı nə deyərdiniz?

- Bəzi epizodlarda narazılığımız oldu. Sanki əks qərar verməli idi. Ancaq bu barədə təkrara baxdıqdan sonra düzgün fikir bildirmək olar.
- Ozobiç uzun müddət omandaya kömək edə bilməyəcək və Bədavi də sağalmayıb. Bu heyətlə Avropa Liqasında nəyə ümid edə bilərsiniz?

- Üstəlik, Rahil də qarşıdakı oyunu buraxacaq. Amma ümidli olmalıyıq. Hər rəqibə qarşı məsuliyyətlə çalışmalı və işimizə ciddi yanaşmalıyıq. Ciddiyyət olan yerdə qalibiyyət gələcək. İllərdi bir yerdəyik. Pis və yaxşı xatirələrimiz olub. Ümidimizi itirməməliyik. Futbolçularıma güvənirəm və daha yaxşı olacaqlarını düşünürəm.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024