Mobil versiya
AFC 8-ci turnirini Qəbələdə keçirəcək
Tarix: 09-08-2019 | Saat: 10:10
Bölmə:İdman | çapa göndər

AFC 8-ci turnirini Qəbələdə keçirəcək


Avqustun 11-də Qəbələdə "Qafqaz Sport" oteldə saat 18:00-da MMA üzrə ilk peşəkar Azərbaycan liqası olan "AFC - ASED FİGHTING CHAMPIONSHIP" bölgələr turuna start veriləcək.

Yarışdan bir gün öncə "Qəbələnd" istirahət mərkəzində saat 18:00-da "Face to face” (döyüşçülərin üz üzə gəlmə tədbiri) olacaq.

Bu barədə "AFC - ASED FİGHTING CHAMPIONSHIP" liqasinin dünya rəhbəri Turan Qulamzadə məlumat verib. O, bildirib ki, yarış çərçivəsində ümumulikdə 12 döyüş keçiriləcək ki, bu döyüşlərin 4-də "Qəbələ" İdman Klubunun idmançıları öz gücünü sınayacaq.

Turnirdə yerli idmançılarla yanaşı, İran və Rusiyanın Krosnodar vilayətindən olan güclü idmançılar da tatami üzərinə çıxacaqlar.

Yarış günü "Ased Fight" clubunun Qəbələ təmsilçiləri Tərlan Gulalıyev və Fuad Musayev ilk döyüşə çıxacaqlar.
Sonra isə "Qəbələ" İdman Klubunun 2 idmançısı qalib adı uğrunda mübarizə aparacaq.
Yarışda 71 kq çəki dərəcəsində Gündüz Məmmədli çıxış edəcək. Gecənin son və əsas döyüşü 61 kq çəki dərəcəsində baş tutacaq ki, burada "Qəbələ" İdman Klubunun yetirməsi Elgün Həmzəyev və türk idmançı İmran Kerim kəmər uğrunda münasibətlərini aydınlaşdıracaqlar.

Qeyd edək ki, bu yarış ilk bölgə turniridir.

Məlumat üçün bildirək ki, AFC ilk peşəkar Azərbaycan təşkilatı olaraq "Fightmatrix"-də təmsil edir və son bir il ərzində ölkəmizi dünya reytinqində 16-cı yerə çıxarıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024